Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır" - Adil Qeybulla

Tarix: 13-02-2020 12:45     Baxış: 3381 A- / A+
"İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır" - Adil Qeybulla

"Həkimlər onun həyatı ilə çarpışırlar. İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır". Manevr.az xəbər verir ki, bunu tibbi-ekspert Adil Qeybulla deyib.

O, bildirib ki, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqdadır:

"İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi.
Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar.
Allah şəfa versin, dualarımız onunladır."

Qeyd edək ki, bir neçə gün öncə sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. Koma vəziyyətində o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də "City" hospitala köçürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar