Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə böyük müharibəyə hazırlaşır

Tarix: 26-12-2016 12:27     Baxış: 3377 A- / A+
Türkiyə böyük müharibəyə hazırlaşır


Türkiyə Suriya ilə sərhədə əlavə qüvvə yığıb. Ötən şənbə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada vuruşan türk əsgərlərinin irəliləməkdə olduğunu, tezliklə Raqqa şəhərinə doğru hərəkətə keçəcəklərini deyib. Bazar günü – dekabrın 25-də isə əlavə türk ordusu və tankları Suriyayla sərhədə doğru hərəkət edib. Sərhəd şəhərlərdə – Oğuzeli və Qarqamışda yeni artilleriya qüvvələri toplanıb. Bu haqda «Bloomberg» informasiya agentliyi yazır.

Hazırda Birləşmiş Ştatlar da kürd döyüşçülərlə birlikdə Raqqanın «İslam Dövləti» (İŞİD) yaraqlılarından alınması uğrunda əməliyyat aparır.Ərdoğan yeni seçilmiş ABŞ prezidenti Donald Trampı kürdləri əməliyyatlardan uzaqlaşdırmağa, Ankara ilə əməkdaşlığa səsləyib, belə olarsa, Türkiyənin Suriyadakı cihadçılara qarşı əməliyyatları genişləndirəcəyinə söz verib. O bu haqda D.Trampla inauqurasiyadan sonra danışmaq fikrində olduğunu söyləyib.

Türkiyəni narahat edən kürdlərin Suriyada əlavə ərazilərə yiyələnməsi, dövlət yaratması cəhdləridir. Kürdlər Suriyadakı münaqişədən yararlanaraq son 5 ildə orada xeyli yer tutub, üstəlik, İŞİD-lə mübarizədə ABŞ-ın yararlı müttəfiqinə çevriliblər. Bunun qarşısını almağa çalışan Ankara avqustdan Suriyada genişmiqyaslı əməliyyatlara başlayıb. «Biz Suriyada yeni hökumətin yaradılmasına imkan verə bilmərik», – Ərdoğan deyir, o, bunun ölkəsinin ərazi bütövlüyünə təhlükə olduğunu söyləyib.

Türkiyə böyük müharibəyə hazırlaşır

İndi türk əsgərləri Suriyanın əl-Bab şəhəri ətrafında İŞİD-lə vuruşur. Ərdoğan əl-Bab məsələsinin bitmək üzrə olduğunu, əl–Babdan sonra Mənbic şəhərini tutacaqlarını deyib. Mənbic indi kürdlərdədir, onlar şəhəri İŞİD-dən yenicə azad ediblər.

Ərdoğan adıçəkilən şəhərlərdən sonra türklərin Raqqaya üz tutacaqlarına söz verib, «ABŞ-la birləşə bilsək, biz Suriyanın şimalını terrordan təmizlənmiş təhlükəsiz zona elan edəcəyik», - deyib.

ABŞ Türkiyənin çağırışına, hələ ki, konkret cavab verməyib. «The Washington Times» yazır ki, ABŞ-ın İraq və Suriyadakı rəsmisi, generalStefan Tauzend bu günlərdə türk həmkarlarıyla Raqqa məsələsini müzakirə edəcəyini söyləyib. Pentaqonun sözçüsü Peter Kuk keçən həftə türklərlə amerikalıların Raqqa məsələsində sıx əməkdaşlığa tərəfdar olduğunu deyib, amma detallara varmayıb.

Türkiyə isə Suriya əməliyyatlarını davam etdirir. Keçən həftə türk ordusu əl-Bab yaxınlığında onlarla əsgərini itirib. Bazar günü isə ordu 12 yaraqlının öldürüldüyünü elan edib. Beynəlxalq insan haqları təşkilatları əməliyyatlardan sakinlərin əziyyət çəkdiyini, keçən həftə türklərin hava hücumları nəticəsində 90-a yaxın adamın, o cümlədən uşaqların həlak olduğunu deyirlər. (“Azadlıq” radiosunun xülasəsi)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar