Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gizli sevgi sərgüzəştlərinin sirr pərdəsini qaldıran məşhur kahin qadınla bağlı maraqlı FAKTLAR - ŞƏKİL

Tarix: 12-01-2020 15:01     Baxış: 4431 A- / A+
Gizli sevgi sərgüzəştlərinin sirr pərdəsini qaldıran məşhur kahin qadınla bağlı maraqlı FAKTLAR - ŞƏKİL


Yəqin ki, Nostradamus və Vanqa kimi kahinlərin haqqında dəfələrlə eşitmisiniz. Onların bu günə kimi açıqladığı bir çox kəhanətlər öz təsdiqini tapıb.

Bu cür kahinlərdən biri də İngiltərədən ola Ana Şiptondur. Ana Şiptonun kəhanətləri hər kəsi heyrətləndirir.

Manevr.az musavat.com-a istinadən sizə Ana Şipton haqqında maraqlı faktları təqdim edir.

Ana Şiptonun anası 18 yaşında onu dünyaya gətirərkən vəfat edib. Yeni doğulmuş Şipton isə qaçırılaraq xeyli müddət gizlədilib. Uşaq dünyaya gəldikdə normal olmadığına görə başı qeyri-mütənasib, gözləri çəp, yanaqları çökmüş, ağzı dişlərindəki bir deşik kimi idi. Qolları və ayaqları isə sanki bədəninə bağlanmışdı.

Gizli sevgi sərgüzəştlərinin sirr pərdəsini qaldıran məşhur kahin qadınla bağlı maraqlı FAKTLAR - ŞƏKİL


Bu uşaq çox gizlədilə bilmədi. Kəndin görkəmli dini komitəsi iclas tələb etdi. Bir yaşlı qadın ona sahib çıxaraq qayğı göstərdi. Adını Ursula qoydular. Ursula qəribə bir uşaq idi, gündə 1-2 saat yatır, sonra oyanır. Gözləri həmişə sabit bir nöqtəyə baxırdı. Gecələr evin pərdələri uçur, qapıları döyülür, pəncərələri çırpılırdı.

Bir gün yaşlı qadın evə qayıdıb körpənin beşiyini boş gördü. O, qorxu ilə baş verənləri qonşularına danışdı. Qonşular uşağın cinlər tərəfindən qaçırıldığını iddia etdilər. Ancaq uşaq nəhayət, bacada tapıldı. Bu barədə heç kim bir fikir irəli sürə bilmədi.

İllər keçdi, Ursula artıq gənc bir qadın idi. Onun kəhanət bacarığı artıq bir çox yerlərə yayılmışdı. Hər kəs ondan danışırdı. Özəlliklə də o, gizli sevgiləri və sevgililərin gələcəyi haqqında məlumatları dəqiq deməsi ilə tanınırdı.

Gizli sevgi sərgüzəştlərinin sirr pərdəsini qaldıran məşhur kahin qadınla bağlı maraqlı FAKTLAR - ŞƏKİL


1512-ci ildə Ursula 24 yaşında olanda Tobi Şipton adlı bir adamla evləndi. Lakin tarixdə onun həyat yoldaşı haqqında heç bir məlumat yer almır.

Həmin ərəfələrdə o "Mother Shipton" (Şipton Ana) adını almışdı. Artıq o, kralların, kraliçaların ölümlərini, İngiltərənin gələcəyini və s. bu kimi önəmli hadisələri görür və söyləyirdi.

17-ci əsrin ən böyük fəlakətlərindən biri olan vəba epidemiyasını da Şipton Ana demişdi. Məşhur tarixçi Pepisin gündəlik bloknotunda da Şipton Ana haqqında qeydlər var.

Şipton Ana 1561-ci ildə ölüb. O, öldüyü zaman artıq bütün Britaniyada tanınırdı. Hətta o, öz ölümünün tarixini belə, söyləmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar