Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Namizədlər saniyəsi 65 manata efirə çıxacaq... - Ekspert

Tarix: 10-01-2020 18:44     Baxış: 2179 A- / A+
Namizədlər saniyəsi 65 manata efirə çıxacaq... - Ekspert

Yanvarın 17-dən etibarən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar təşviqat kampaniyası başlayır. Artıq İctimai Televiziyada (İTV) deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatı üçün qiymətlər də müəyyənləşib.

Belə ki, namizədlərin çıxışının saniyəsinin qiyməti minimum 22, maksimum isə 65 manatdır. Çıxışlar 5 və 6 dəqiqə nəzərdə tutulur.

Manevr.az xəbər verir ki, mövzunu axar.az-a şərh edən professor, media eksperti Qulu Məhərrəmli müəyyən edilmiş qiyməti yüksək hesab edir:

“Namizədlər üçün pullu efir saatı həmişə olub. Ancaq hesab edirəm ki, hazırda müəyyən edilən qiymətlər yüksəkdir”.

Q.Məhərrəmli bildirib ki, qiymətlər müəyyən edilərkən namizədlərin iş adamı, biznesmen olmadığı nəzərə alınmalıdır:

“Qiymətlər nə qədər aşağı olsa, namizədlər üçün bir o qədər yaxşı olardı. Xüsusilə nəzərə almaq lazımdır ki, budəfəki seçkiyə qatılanlar arasında oliqarx, iş adamı, biznesmen azdır. Namizədlərin əksəriyyəti tanıdığımız, imkanlarına bələd olduğumuz elm, təhsil adamları, mətbuat nümayəndələridir. Hamıya da məlumdur ki, bu kütlədə böyük pullar yoxdur. Ona görə də hesab edirəm ki, optimal namizədlərin əksəriyyətinə uyğun bir qiymət müəyyən edilsəydi, çox yaxşı olardı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar