Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağlılar yeyib dağıtdılar, indisə...” - Elçin Şıxlı

Tarix: 12-12-2019 15:52     Baxış: 4347 A- / A+
“Qarabağlılar yeyib dağıtdılar, indisə...” - Elçin Şıxlı

Ermənistanda baş verənlər klanlararası mübarizədir. Ermənistanda hakimiyyət üzdə əl dəyişdirdi. Görünür, aralarında müəyyən sövdələşmə olmuşdu. Ola bilsin ki, artıq sözləşmələrdən geri durublar. İndi Paşinyan anlayır ki, “Qarabağ klanı”nın axırına çıxmasa onun hakimiyyəti çox çəkməyəcək.

Manevr.az bidirir ki, bu fikirləri teleqraf.com-a “Ayna-Zerkalo” qəzetinin təsisçisi, politoloq Elçin Şıxlı Ermənistanda siyasi vəziyyət, eləcə də həbsdə olan sabiq prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı revanş götürməsini şərh edərkən deyib.

Elçin Şıxlının fikrincə, Ermənistanda keçmiş və indiki siyasi elita arasında mübarizə gedir: “Yəni kim kimi üstələyəcək məsələsi. Kim üstələsə, o da qalib olacaq. Əvvəlkilər, yəni qarabağlılar yedilər, dağıtdılar, hər şeyi altlarına yığdılar. İndi də dəyişikliklər oldu, təzə gələnlər də hər şeyi onların əlindən almaq istəyir. Bir sözlə, klanlararası mübarizədir. Köçəryanın həbsdə ola-ola məqalələr yazması da bununla əlaqəlidir”.

Elçin Şıxlı əlavə edib ki, hazırda ermənilər arasında bu iki klandan kimin daha çox dəstəyi olduğunu demək çətindir: “Əgər kimsə qabağa durub deyirsə ki, köhnəni dəyişib yerinə biz gəlirik, insanlar yeninin arxasınca gedirlər. Və yeni gələn qüvvə verdiyi vədləri həyata keçirə bilmədiyi təqdirdə ondan da narazılıq günü-gündən artır. Bu təbii prosesdir. Yeni erməni hakimiyyəti nə qədər ki, sosial problemləri həll edə və müharibə vəziyyətini dəyişə bilməyəcəksə, hakimiyyətlər də tez-tez dəyişəcək”.

Müsahibimizin fikrincə, Ermənistanda seçkilər gərgin keçəcək: “İndiki hakimiyyət müəyyən qədər duruş gətirə biləcək. Sonra seçkilər gələcək. Seçkilərdə də pul, maliyyə əhəmiyyətli rola malikdir. Kimin əlində böyük maliyyə olacaqsa, demək daha şanslı olacaq. Hakimiyyətə qalmaqda bu amil xüsusi çəkiyə malikdir. İndiki erməni elitası Sərkisyan-Köçəryanın əlindən bu maliyyəni ala bilsə, Paşinyan rahat nəfəs ala biləcək. Əks təqdirdə çətin olacaq. Əlbəttə, indi təzə gələnlər köhnələrin paxırlarını açır, maliyyə fırıldaqlarını, yeyintilərini göstərir. Bunu əlində bayraq edərək onları ifşa edir. O biri cəbhədə yenilərin heç bir problemi həll etmədiyini qabardır. Siyasi mübarizədir. Amma Rusiya faktorunu da unutmaq olmaz”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar