Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

NASA-nın Günəşin atmosferi ilə bağlı maraqlı tədqiqatı dərc olunub

Tarix: 09-12-2019 09:22     Baxış: 4176 A- / A+
NASA-nın Günəşin atmosferi ilə bağlı maraqlı tədqiqatı dərc olunub


ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Günəşin atmosferi ilə bağlı maraqlı tədqiqatı dərc olunub.

Manevr.az Azərtac-a istinadən bildirir ki, NASA-nın "Parker Solar Probe" kosmik zondu ilə həyata keçirilən "Günəşə toxun!" missiyası çərçivəsində əldə olunan məlumatların təhlili "Nature" elmi jurnalında dərc edilib. Qeyd olunub ki, "Parker" artıq Günəşə 24 milyon kilometr məsafədə yaxınlaşa bilib və onun "Günəş tacı" adlanan atmosferini tədqiq edib. Kosmik zondun "qızmar planetə" daha yaxın məsafədə uçuşu isə 2024-cü ilin dekabrında nəzərdə tutulub.

"Parker" zondunun ölçüsü kiçik avtomobil qədərdir və 3-D fotoşəkilləri çəkən aparat, elektrik və maqnit sahələrini ölçən cihazla, həmçinin Günəş tacından gələn güclü radiasiya axınını ölçmək üçün xüsusi avadanlıqla təchiz olunub. Onun göndərdiyi məlumatların təhlili zamanı məlum olub ki, Günəşin atmosferində istinin dərəcəsi onun səthində olduğundan yüzlərlə dəfə çoxdur. Məhz bu temperatur Günəş küləklərinin yaranmasına səbəb olur.

Kaliforniya Universitetinin professoru Stüart Beyl qeyd edib ki, tədqiqat nəticəsində Günəş küləyinin mənşəyinin onun atmosferində olan kiçik dəliklər olduğu müəyyən edilib. Həmçinin məlum olub ki, bu küləklərin iki komponenti var: onlardan ən güclüsü saniyədə 700 kilometr sürətlə əsir və Günəşin qütb zonasındakı dəlikdən çıxır. Digər "yavaş" küləyin gücü isə saniyədə 500 kilometrdir və mənşəyi məlum deyil. Eyni zamanda, Günəş atmosferində olan qatı toz dumanı səbəbindən "Parker"in kameraları fotoşəkil və videomaterialları hazırlayıb Yerə göndərə bilməyib.

Londonun İmperial Kollecinin professoru Tim Harbori qeyd edib ki, Günəşin özündə temperatur minlərlə dərəcə olduğu halda, onun atmosferində milyonlarla dərəcəyə çatır. O, bunun möcüzə olduğunu bildirib. Əlavə edib ki, normal məntiqlə Yerin özündə temperatur onun atmosferində olduğundan daha istidir və uzaqlaşdıqca hərarət azalmalıdır. Günəşdə isə bu, əksinədir. Alimlər bu anomaliyanı izah edə bilmirlər. Günəşin müşahidələri göstərib ki, küləklər nəticəsində artan radiasiyanın fonunda dalbadal güclü partlayışlar baş verir. Professor Harbori ehtimal edir ki, onların nəticəsində atmosferə qızmar hava dalğası yayılır və Günəş tacı onun özündən daha çox isti olur.

Alimlər dörd ildən sonra "Parker" zondunun Günəşə daha çox yaxınlaşacağı zaman Yerə göndərəcəyi məlumatlara böyük ümidlər bəsləyirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar