Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Günel Natiqin "Məhəbbət quşları"nın təqdimatı keçirildi -ŞƏKİLLƏR

Tarix: 07-12-2019 10:53     Baxış: 3996 A- / A+
Günel Natiqin "Məhəbbət quşları"nın təqdimatı keçirildi

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda bir çox radio verlişlərinin müəllifi və aparıcısı, yazıçı-publisist Günel Natiqin "Məhəbbət quşları" adlı hekayələr kitabının təqdimatı və "İmza günü" keçirilib.

Manevr.az xəbər verir ki, tədbir "Könül körpüsü" layihəsinin rəhbəri, şair-tərcüməçi Nazilə Gültacın təşkilatçılığı və aparıcılığı ilə adı çəkilən layihə çərçivəsində keçirilib. Tədbirdə yazıçının qələm dostları, iş yoldaşları, oxucular, media nümayəndələri və ailə üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə AYB-nin katibi, şair Rəşad Məcid açaraq qonaqları salamladı, müəllif və yaradıcılığı haqqında danışdı. Qeyd etdi ki, Günel istər radiodakı fəaliyyətində, istərsə də ədəbiyyat sahəsində özünəməxsusluğu ilə seçilir. Təqdim olunan kitabın yaxşı bir ədəbiyyat nümunəsi olduğunu vurğulayan R.Məcid müəllifə uğurlar arzulayaraq sözü tədbirin aparıcısı Nazilə Gültaca verdi. N.Gültac yazıçının həyat və fəaliyyətini əhatələyən geniş çıxış etdi, kitab haqqında fikirlərini bildirdi. Tədbirdə iştirak edən AYB-nin Ədəbiyyat Fondunun sədri, şair-publisist Əjdər Ol da öz növbəsində yazıçını təbrik edərək, uğurlar arzuladı, atası ilə bağlı xatirələrindən danışdı. G. Natiqin istedad və potensialına inandığını qeyd edən natiq ona iri həcmli əsərlər yazmasını tövsiyə etdi.
Qeyd edək ki, Günel Natiq mərhum tərcüməçi-yazıçı Natiq Səfərovun qızıdır.
Qələm adamlarından Tahir Talıblı, Eldost Bayram, Qorxmaz Şıxəli, Azər Abdulla, Afət Viləşsoy, Namiq Dəlidağlı, Giya Paçaxataşvili, Tahir Taisoğlu, Cavad Zeynallı, İlqar Türkoğlu, Təranə Vahid, Narıngül Nadir, Rafael Tağızadə, Sevinc Qərib, Qiymət Məhərrəmli, Muxtar Kərimzadə, Reyhan Kənan, Əzizə Ağahüseynqızı, Gülnar Əhmədova və başqaları çıxış edərək müəllif və kitab haqqında xoş sözlər söylədilər, uğurlar arzuladılar.
Tədbirdə həmçinin İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası və müğənni Səmayə İsmayılova, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva da çıxış edib müəllifin həyat və yaradıcılığından söz açaraq, xoş arzu, diləklərini dilə gətirdilər.
Sonda tədbirin təşkilatçısı Nazilə Gültac və müəllif Günel Natiq hər kəsə təşəkkürlərini bildirdilər. Xatirə şəkilləri çəkdirildi.

Sevinc Qərib

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar