Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni fitnəkarlığı... Bu dəfə ruslara qarşı

Tarix: 05-12-2019 15:24     Baxış: 1510 A- / A+
Erməni fitnəkarlığı... Bu dəfə ruslara qarşı


Tarixin paradoksuna baxın: ermənilər indi də onlara dövlət yaratmış ruslara sataşır, rus ədəbiyyatına, mədəniyyətinə, ideologiyasına əl atır. Atalarımız belə yerdə deyib: "İt qudurub yiyəsini qapar"...

Rus şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir olunması 80-ci illərin axırlarında ermənilərin Sumqayıtda, Dağlıq Qarabağda törətdiyi fitnəkarlığı xatırladır. Həmin illərdə Azərbaycan xalqını da eyni vasitələrlə fitnəkarlığa, düşmənçiliyə çəkirdilər...

Biz azərbaycanlılar eməni dığalarının belə fitnəkarlıqlarından çox əziyyət çəkmişik. Kəlbəcərdən Yevlaxa, Bakıya gələn sərnişin avtobusunun qabağını kəsir, Ağdərədə asfalta daş düzürdülər ki, avtobus ləngərləyib aşsın. Bu, azmış kimi, yolun kənarında dayanan dığalar və axçilər azərbaycanıları daşıyan avtobusları daşa basır, təhqiredici əl hərəkətləri ilə bizləri qıcıqlandırmağa çalışırdılar...

İndi də ruslara sataşırlar. Ermənistanın “Birləşmiş Milli Təşəbbüs” partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan Qriboyedovun abidəsinin üzərinə narıncı boya töküb. “Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim” – deyə, özünün “Facebook”dakı səhifəsində yazıb və rənglənmiş abidənin fotosunu yayıb.

Ermənilərin faşist və terrorçu kimi dünyada ad çıxarmış Njdeyə olan məhəbbələrinin dərəcəsinə baxın! Hətta Njdeyə görə tarix boyu onlara atalıq qayğısı göstərmiş "Böyük qardaş" missiyasını yerinə yetirmiş ruslara, Rusiyanın tarixində, ictimai həyatında xüsusi rol oynamış bir diplomata da dil uzadırlar...

Bu dili, bu cəsarəti kim verib onlara?! Əlbəttə ki, Rusiya!!!

Regionda sülhün, qonşu ölkələr arasında mədəni əməkdaşlığın tərəfdarı olan Azərbaycan prezidentinin Valdaydakı məşhur çıxışından sonra Rusiyanın Krasnador vilayətində Njdenin abidəsi üzərinə boya töküb, fəxri lövhəni sökülməsini tələb etmişdilər. Ermənilər bunun heyifini Qriboyedovun Yerevandakı abidəsinə boya tökməklə növbəti vandalizm hərəkətlərini ruslara qarşı nümayiş etdirdilər...

Əsərləri ilə rus ədəbiyyatının inkişafına töhvə vermi, sovet adamlarının ictimai şüurunun formalaşmasında əvəzssiz rol oynamış, diplomatik fəaliyyəti ilə xalqlar arasında dostluğu və mədəni inkişafı təbliğ edən və bunun üçün çalışmış Qriboyedovu faşist və terrorçu Njde ilə necə müqayisə etmək olar? Bu hansı tərbiyəyə, hansı mənəvi dəyərlərə uyğundur?

Təsəvvür etmək çətindi: bir tərəfdə bütün dünyanın terrorçu və faşist kimi tandığı Njde, digər tərəfdə Rusiya kimi nəhəng dövlətin tarixi keçmişində imzası olan Qriboyedov.
Faşist və terrorçunu Ermənistanın "Milli qəhrəman"ı elan etmək, sonra da onu Qribeyodovla eyni tərəziyə qoymaq yalnız hansısa ağıldanbəla erməni dığasının fitnəkar düşüncəsinin məhsulu ola bilər!

Faşizmdən ən cox zərər çəkənlər sovet insanı, o cümədən ruslar olub. Ruslar isə bütün dövrlərdə ermənilərin əlindən tutub ona irəli aparmağa, dünyanın siyasi xəritəsində var olanların cərgəsinə qoşmaq üçün çalışıb və buna nail də olub. Bu gün dünya xəritəsində Ermənistan adlı dövlətin var olmasına görə ermənilər ruslara borcludurlar. Bunu erməni xalqı heç vaxt yaddan çıxarmamalıdır. Elə bu gün də ermənilər məhz rusların hesabına dövlət kimi öz mövcudluğunu saxlayır, hətta işğalçılıq həvəsinə düşüb ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirirlər.

Qribeyodovun abitəsini narıncı boya ilə rəngləyən erməni dığası bu hərəkətini “Facebook”da ictimaləşdirərək bəyan edir ki, rusiyadan acıq çıxır... Görünür, erməni dığasının Ermənistan dövlətinin necə yarandığından xəbəri yoxdur. Əks halda erməni gəncləri terrorist Njdeyə heykəl qoyub onu məhəbbət bəsləməkdənsə, özlərini ona oxşatmaqdansa rus imperiyasının onlar üçün dövlət yaradan siyasətçilərinə heykəl qoymalı idilər. Axı, Qafqazda heç nədən onlara dövlət yaradan məhz ruslardır.

Bunu da açıq deməliyik: Rusiyanın hərbi və siyasi dəstəyi olmasaydı, Ermənistan nə cürətlə, hansı qüvvə ilə Azərbaycan torpaqlarını işğal edə bilərdi?!

Düz 28 ildir!

Fitnəkarlıq isə davam edir...

Tarix öz həqiqətlərini nə vaxtsa ortaya qoyacaq. Bizlər isə əzəli torpaqlarımızda Ermənistan adlı qondarma bir dövlət qurmuş Rusiya ilə işğal altındakı torpaqlarımızın azad olunması üçün sülh yollarını birgə axtarırıq...

Elxan SALAHOV

Erməni fitnəkarlığı... Bu dəfə ruslara qarşı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar