Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir

Tarix: 30-11-2019 13:05     Baxış: 44 316 A- / A+
“Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir


Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və "LİBRA" kitab evinin respublikada ilk dəfə keçiriləcək "Müəllimlər arasında İxtisas Olimpidasına" start verilir.

Pedaqoji ixtisas üzrə təhsil alan III və IV kurs tələbələri, hazırda daimi və müqavilə əsasında işləyən müəllimlər, pedaoji ixtisası olub işləməyən bütün şəxslər burada iştirak edə bilər. Olimpiadanın məqsədi bu yöndə təhsil alan III və IV kurs tələbələri, hazırda fəaliyyət göstərən 29 yaşadək işləyən müəllimlərin stimullaşdırılması, onların gələcək nəsillərə ötürüləcək ali peşəyə olan marağının daha da yüksəldilməsi, gənclərin asudə vaxtının intellekt yönündə yüksəltməsinə, sağlam gəncliyə dəstək olmaqdır.

Olimpiada bəlli ixtisaslar üzrə ( İbtidai sinif, Azərbaycan dili və Ədəbiyyat, İngilis dili, Riyaziyyat, Tarix, Coğrafiya, Kimya, Fizika, Biologiya) yalnız Azərbaycan bölməsi üzrə aparılacaq.

Olimpiada iki mərhələdə keçiriləcək. İlk mərhələ hər ixtisas üzrə 50 qapalı test tapşırığını 100 dəqiqə ərzində cavablandırmağa çalışacaqlar. İkinci mərhələ ilk mərhələ bitdikdən sonra açıqlanacaq. Respublikamızı əhatə edəcək layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhərlərində 1 olimpiada məntəqəsində öz biliklərini sınayacaqlar. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə sponsorlar tərəfindən qiymətli hədiyyələr veriləcək.

Layihədən iştirak üçün https://taim.az/olimpiada bölməsində qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçə bilərlər.

İlk mərhələ 7 dekabr 2019-cu il 10:00 tarixində Odlar Yurdu Universitetində keçiriləcək.
SƏN DƏ İXTİSAS OLİMPİADASINA QOŞUL, BİLİYİNİ HAMIYA SÜBÜT ET!!!

Manevr.az

Xəbəri paylaş







Müəllif: Şəmsi
Tarix: 1 dekabr 2019 08:36
olimpiadaya qeydiyyatdan keçmək istəyirəm
Müəllif: Gövhər
Tarix: 1 dekabr 2019 09:49
Gəncə Şəhər 46 nömrəli məktəbin ibtidai sinif müəllimi Məmmədova Gövhər Sadıq qızı
Müəllif: Gülnar
Tarix: 1 dekabr 2019 20:20
Yaş heddi niye qoyulur ki, men de isteyirem, amma yaşım 29 dan yuxarı. Yaş heddi götürülse yaxşı olardı
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar