Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərsu” yezidliyindən, “Azəriqaz” qazlamağından əl çəkmir

Tarix: 28-11-2019 14:38     Baxış: 4393 A- / A+
Məhkəmə qərarları məhkəmə , icraçı və borclunun dələduzluğuna hesablanıb?
“Azərsu” yezidliyindən, “Azəriqaz” qazlamağından əl çəkmirQış qapını döyməkdə , mən isə yataqda yorğan-döşəkdəyəm. Həmişəki kimi istiliyin adı var, özü yoxdur. Son 12 ildə hər 5-10 gündən bir su, qaz verilməsini diləsəm də, 12 ildir “Azərsu” yezidliyindən, “Azəriqaz” qazlamağından əl çəkmir. “Azərişıq” 2018 -ci ildə qəbul edilmiş , ərazi planlaşdırılması aparılmayan ərazilərə aid olan qoşulma haqqı tarifini geriyə tətbiq edərək, ödənişsiz hazırlanan texniki şərtə iki yüz manatdan çox tələb edərək, işıqdan məhrum edib. Bu “Kombi” sistemi də elə qurulub ki , su, qaz və işıq birgə “iştirak etməsə” evin qızdırılması mümkün deyil. Bağlantılı dövlət qurumları isə sözügedən xidmət qurumlarının özbaşınalığına nəinki hüquqi qiymət verilməsini təmin edir, əksinə “ haqq” qarşısında haqq qazandırırlar. Məhkəmədən də danışmağa dəyməz, 3 ildir adi müvəqqəti də olsa, sayğacın quraşdırılmasından imtina edən “ədalət qurumu”ndan nəsə gözləməyə dəyərmi? Lap tutaq ki, məhkəmə xidmətlə təmin olunmağım öhdəliyini sözügedən xidmət qurumlarının üzərinə qoydu, icra olunmayacaqsa, nə anlamı var? Baxın, su(suzluq) xidməti 2 ildir quraşdırdığı “smart” sayğacın kartını verməkdən imtina edir, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakiminin əraziyə gəlib, kartın verilməsi göstərişi 7 aydır icra olunmursa, borclu ediləndən sonra icra ediləcəkmi? Acı təcrübə “yox” cavabını verir.

İndiyədək xeyrimə çıxarılan heç bir məhkəmə qərarı icra olunmayıb . Sonuncudan başlayaq. 4-cü ildir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.06.2016 tarixli qərarını borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti nəinki icra edir, hətta görməzliyə vurur. Tələbkar kimi icranın təmin edilməsi haqqında ərizələrimə nə məhkəmə baxır, nə Ədliyyə Nazirliyi, nə də Məhkəmə Hüquq Şurası. Elə bil yerli-dibli nə mən varam, nə borclu. Məhkəmə indiyədək heç icra sənədi də verməyib.

Bakı Apellyasiya Məhkəməsinin 05.07.2011 tarixli borclu Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) üzərinə “qanpulu” ödənişini ödəməsi öhdəliyini qoymasının 9 ili olacaq , hələ də hesabıma bir qəpik belə ödəməyən DSKŞ məhkəmələrin , icra məmurlarının gözlərini , ağızlarını “qanpulu”mdan rüşvətlə necə yumubsa, icraata xitam verilməsi haqqında təqdimat veriblər. Özbaşınalığa baxın borclunun da, tələbkarın da hesabı eyni bankda -Beynəlxalq Bankda olduğu halda və tələbkar mən olduğum halda, borclu DSKŞ guya iki ayrı bankda hesabı olan Nəsimi və Binəqədi şöbəsinin depozit hesabına iki il sonra 2013-cü ildə müvafiq olaraq 500 manat və 880 manat, yəni onqat az borc və 35 manat cərimə ödəyib! (?) Və hələ də, bu onqat az məbləğ də hesabıma köçürülməyib ! (?) Bu isə icra şöbələri ilə borclu DSKŞ-nın birgə dələduzluğundan soraq verir . Heydər Əliyev fondunun , Ombudsmanın işə qarışmasından sonra “qanpulu” məbləğinin 11 min manat olduğundan icranın təmin olunmadığı haqqında 05.03.2013 tarixli qərarla bu dələduzluğa hüquqi qiymət verən Binəqədi rayon məhkəməsi (hakim Abbas Rzayev ) də 7 ildir qərarını icra etdirmir. Borclu haqqında sanksiya tətbiq edilməsi haqqında ərizəmə hakimin “məhkəməni yükləmək ittihamı” ilə hələ də baxılmır. Anlamaq olmur, bəyəm məhkəmənin işi ərizələrə baxmaq, hakimin işi qəbul etdiyi qərarın icrasına nəzarət etmək deyil?
Borclu ƏMDK və Nizami MKTB Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsini 10,5 ildir icra etmək əvəzinə, bir-birinə verdiyi məktubları “əsas” tutub, məhkəmənin mənə verdiyi daşınmaz əmlakın gah “Kapitalbank”ın , bank bunu yalanlayanda isə 14 yaşında uşağın balansında olduğunu bildirib dələduzluq edirlər. Özbaşınalığa baxın, borcluların bir-birilə cinayət əlaqəsinə girərək əmlakı ələ keçirməsini icra şöbəsi tələbkarın “icraya maneçilik törətməsi” kimi qiymət verib ! (?) İcranın konkret ünvana -Bəhruz Nuriyev -10A ünvanındakı əvvəllər DSK yerləşən otaqlara yönəldilməsi haqqında Xətai məhkəməsinin 21.06.2011 tarixli qətnaməsi və onun əsasında verilən icra sənədini isə borclular -ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələri 3 il tələbkardan gizlədiblər, indi isə 9-cu ildir icra etməkdən imtina edirlər.

ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Nərimanov rayon məhkəməsinin (hakim Turqay Hüseynov) 8 ildir cəmi 8 manatlıq borclu edilsə də, hələ də borcunu dələduzluqla ödəmir. Yəni borcun az-çoxluğu yox, icra prosesində dələduzluq, məhkəmə -hüquq sisteminə hörmətsizlik başlıca qaydadır.

İndi özünüz deyin, niyə yorğan-döşəkdən , iynə-dərmandan məhkəmə otaqlarına qaçmalıyam? On illərdir məhkəmə qərarları icra olunmayacaqsa, məhkəmədə işi udmağındansa, Tanrının mərhəmətinə bel bağlamaq daha önəmli deyilmi?

Məğrur Bədəlsoy

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar