Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aşağı siniflərdə ev tapşırıqları ləğv edilə bilər - TƏKLİF VAR

Tarix: 25-11-2019 14:04     Baxış: 2563 A- / A+
Aşağı siniflərdə ev tapşırıqları ləğv edilə bilər - TƏKLİF VAR


Azərbaycanda I və II sinifdə ev tapşırıqlarının ya ləğv olunması, ya da cüzi olması təklif edilir.

Manevr.az xəbər verir ki, bu təkliflə deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat vurğulayıb ki, 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar: "Nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Axı, onlar uşaqdırlar! Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər. I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun. Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Şagirdlərin bu qədər oturaq həyat tərzi keçirməsi onların səhhətində ciddi problemlər yarada bilər".

E.Axundovanın sözlərinə görə, məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməlidir:

"Dərsliklər yenidən işlənməlidir, çünki hazırda kitabların keyfiyyəti heç kimi qane etmir. Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlər üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Səbəb kimi də proqramın gərginliyi göstərilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar