Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İstədim bir kəlmə qayıt gəl deyim, çıxdı ürəyimdən, dilimdə qaldı -ŞEİR

Tarix: 21-11-2019 20:44     Baxış: 4228 A- / A+
İstədim bir kəlmə qayıt gəl deyim,  çıxdı ürəyimdən, dilimdə qaldı


Manevr.az Mərahim Nəsibin şeirlərini təqdim edir:


***

Getdilər edamlıq adamlar kimi,
Bahar da gəlmədi, gün də çıxmadı.
Sonuncu çiçək də əlimdə soldu,
İstədim bir kəlmə qayıt gəl deyim,
Çıxdı ürəyimdən, dilimdə qaldı.

Bir də pəncərənə baxmadım sənin,
Daha kövrəlməyi, fəryadı kəsdim.
Otağın hər küncü, hər yeri indi,
Külqabı qoxuyur, tütün qoxuyur,
Olandan avara sərsəri indi.

Düşəndə qəflətə birdən düşürsən.
Göydən yıxılırsan, yerdən düşürsən.
Bəla da gələndən özündən gəlir,
Hər şeyi xeyirə yozsan da hər gün,
Yediyin, içdiyin gözündən gəlir.

Əlacın kəsilir çıxıb gedirsən,
Gedirsən, baxaraq evə-eşiyə,
torpağa, səmaya baxıb gedirsən.
Onsuz da deyilki birinci dəfə,
Qayıdıb məzardan kiçik beşiyə,
Beşikdən məzara çıxıb gedirsən.

***

Köçüb bu yerlərdən uzağa getsəm,
Bəlkə uzaqlaşıb özümə gəldim.
Bu dərdim, kədərim az imiş kimi,
Yeriyib dərdlərim dizimə gəldi.

Dilim, dodaqlarım tutulub qalıb,
Daha gözlərim də üzümə baxmır.
Dilimdən, könlümdən unutmaq keçir,
Dilim də, könlüm də sözümə baxmır.

Zaman düşüncəmdə donub sən olub,
Elə bil qurumuş nar ağacıyam.
Mən hər gün asıram səni gözümdən,
İntihar körpüsü, dar ağacıyam.

Günüm-güzəranım, işim darıxmaq,
Bir də ki, durmadan yazıram sənə.
Hər axşam gördüyüm yuxunu səhər,
Tez suya danışıb yozuram sənə.

Sən məni qınama, belədi sevgi,
Yorğun gecələrin qonağıyam mən.
Günbəgün böyüyüb qocalan dərdin,
Özümə qayıdan ayağıyam mən.

Səndən icazəsiz yazsam da sənə,
Bağışla, təsəllim ancaq şeirdi.
Bu sevgi səni də edəcək dəli,
Yenə fikirlərim belə deyirdi.

Mərahim Nəsib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar