Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kişilər üçün hamiləlik testi - QORXULU YENİLİK

Tarix: 20-11-2019 12:52     Baxış: 4261 A- / A+
Kişilər üçün hamiləlik testi - QORXULU YENİLİK

Qadınların istifadə etdiyi hamiləlik testi sən demə. kişilərdə prostat və xaya xərçəngini də təyin edirmiş. Bu məsələ acı təcrübə ilə gündəmə gətirildi. Bununla bağlı Amerikada maraqlı bir hadisə yaşanıb.
Amerikalı kişi blogerlərindən biri rəfiqəsinin evdə unutduğu hamiləlik testini istifadə edib və müsbət çıxdığını görəndə onu “İnstagram” izləyiciləri ilə paylaşıb. Həmin şəxs buna yumor kimi yanaşıb və bildirib ki, "hamilədir". Hamı bu paylaşımla bağlı zarafat etsə də, həkimlərdən biri yazıb ki, sizdə çox güman ki, prostat xərçəngi var. Müayinələrdən sonra həqiqətən də gənc kişidə xərçəng olduğu ortaya çıxıb.

Bu hadisədən sonra hamını maraqlandıran bir sual var - hamiləlik testi həqiqətən kişilərdə prostat xərçəngini aşkar edir?

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı lent.az -ın suallarını cavablayan uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, kişilərdə bu test müsbət nəticə göstərirsə (2 qırmızı xətt), deməli həmin insanda xaya və ya prostat xərçənginin olması ehtimalı çox yüksəkdir:

“Evdə istifadə olunan kiçik hamiləlik testləri sidikdə "xorionik honadotropin" adlı hormonu təyin edir. Bu hormon qadın orqanizmində embrion uşaqlıq divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Sağlam kişinin orqanizmində bu hormon yoxdur. Lakin xaya xərçəngi zamanı zədələnmiş xaya bu hormonu ifraz etməyə başlayır və nəticədə hamiləlik testi müsbət nəticə verir. Bəzən xaya xərçənginə ilkin diaqnoz qoyanda bu testdən də istifadə edilir”.

V.İsmayıl onu da vurğulayıb ki, bəzi periton arxası şişlərdə də hamiləlik testi müsbət çıxır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar