Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Novruz Məmmədov bu gün vəzifə alacaq? - AÇIQLAMA

Tarix: 19-11-2019 11:30     Baxış: 5238 A- / A+
Novruz Məmmədov bu gün vəzifə alacaq? - AÇIQLAMA


Sabiq Baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinə (ADU) bu gün prorektor təyin ediləcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri kult.az-a açıqlamasında ADU-nun mətbuat katibi Ağa Cəfərli deyib. O bildirib ki, bu barədə universitetdə hər hansı bir məlumat yoxdur.

***

09:28

Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunacağı gözlənilir.

N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq.

Qeyd edək ki, keçmiş Baş nazir fransız dili üzrə mütəxəssisdir.

Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib.
1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub.
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.
2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub.
2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib.
Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
8 oktyabr 2019-cu il tarixində Baş nazir vəzifəsindən azad edilib.

2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 2017-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

72 yaşlı sabiq Baş nazir evlidir. Üç övladı və nəvələri var. (modern.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar