Sizin Reklam Burada
Xəbər lenti
09 dekabr
08 dekabr
BÜTÜN XƏBƏRLƏR

İstanbuldan gələn var...

Tarix: 14-11-2019 20:53     Baxış: 3110 A- / A+
İstanbuldan gələn var...

...Düz 74 il əvvəl uşaq yaddaşı ilə qaranlıq, qorxu və həyacan dolu bir gecədə tərk etdiyi Vətəninə həyacansız dönə bilməzdi. Uzun illərin həsrətini canına hopdurmuş uşaq yaddaşı və məhz həmin həyacanın yaratmış olduğu gərginlik səbəbindən idi ki, Gəncə hava limanında qonağı məndən əvvəl təcili yardım briqadası qarşılayırdı. Solmuş bənizindən, titrəyən yorğun əllərindən yaşını təxmin etmişdim; 80 yaşın üzərində, həyatın bütün çiləsindən keçmiş, üzündəki nuru və yaxşılıqla dolu məsum təbəssümünü itirməmiş...

...Nuru Paşanın komandanlığı altında 1918-ci ildə Azərbaycanın xilasına gələn Qafqaz İslam Ordusun könüllü əsgəri Hüseyn əfəndi də bəlkə eyni həyacanla gəlmişdi bu torpaqlara... Hüseyn əfəndini 100 il əvvəl bu torpaqlara gətirən sevgi, qan qardaşının xilası, qardaşlıq bağları idisə, onun oğlu İhsan Özkösəlini bu torpaqlara həm də bir nisgil, həsrət və uşaq yaddaşının kodlaşdırdığı bir xatirə gətirirdi. Bütün gecəni yol getdiyimdən üz-gözümdəki yorğunluğu aldırmadan onu Ağdaş rayonunun Xosrov kəndinə götürməyimi xahiş yox, məhz tələb edirdi. Bu kəndin yolumuzun üzərində olmadığını, ora getməyin çox çətin olduğunu bildirsəm də, üzündəki məsum ifadəni heç pozmadan "yadımda qalan balaca bir su arxı və yanında çinar ağacları vardı" - deyirdi.

Proqramdan kənara çıxa biməyəcəyimi, onun bir dahakı səfərində mütləq Xosrov kəndinə gedəcəyinə verdiyim zəmanət ilə işimi bitmiş sayırdım. Gülümsəyir, lakin gözlərinin içində nədən 74 il gözlədiyinin, bircə dəfə də bu torpaqlara gələ bilmədiyinin peşmançılığını gizlədə bilmirdi. Amma "protokol adamıydım" qaydalarımı pozamazdım, mənim işim hər kəslə duyğularını paylaşmaq yox, onları o duyğuları yaşaya biləcəkləri yerə götürmək idi. Və Gəncə İhsan Özkösəlinin atası Hüseyn əfəndinin ayaq basdığı torpaqlardan idi, bu duyğularla yalnızca baş-başa qalmaq onun haqqı idi. Lakin gördüyüm bir yuxu bütün qərarlarımı dəyişdirə bildi; yarımyapalaq kimsəsiz kənd evi, susuz baxçası və qurumuş ağacları ilə. Bütün bu cansız mənzərə öz müsafirini gözləyirdi, həm də elə bu gün. Odur ki, səhər tezdən İhsan amcanın gördüyüm ilk təbəssümlü üzünə, umud dolu erkyana bir vəd verdim; "Amca, qiyamət belə qopsa səni bu gün Xosrov kəndinə götürəcəm!".
Amma hələ də içimdə Xosrov kəndində kimsəsi olmayan, kimsənin tanımayacağı bu adamın nədən bu qədər ora getmək istədiyini anlayamamışdım; ta ki, tüklü çinarların kölgəsinə sərilmiş kiçik bir kəndə girincəyə qədər. "Bax, bax çinarlar nə qədər də böyümüş!" - bu İhsan amcanın uşaq yaddaşının açılan kodları idi.

"İhsan amca, parola söylə deyirəm, biz indi bu kənddə kimi axtarmalıyıq?" "Bir Sütün amca vardı!" - deyir, "bizə uşaqlıqda ceviz verərdi". Uşaq yaddaşıydı, xeyirxahlığı, yaxşılığı yazmışdı yaddaşına. Və bu torpaqlar yaddaşında yaxşı adamları ilə qalmışdı. O yaddaş idi onu bura gətirən demək. Sütun amcanın çoxdan, həm də lap coxdan Allahın rəhmətinə getdiyini eşidəndə sanki bu cavabı almağa tam hazır idi; bu vaxta Sütun amca qalmazdı ki...

"Bir də Mənövşə, Səkinə vardı" - deyir, "Alma bağlarına qənim kəsilərdik!". Sakit və yorğun səs ağızdan çıxar-çıxmaz kimsə Səkinə nənəyə xəbər götürür. Həsrət bu olmalı bəlkə də; bu qədər uzun, bu qədər müəmmalı, nə az, nə çox - düz 75 il. Kimsə kimisə tanımaz, üzünü-gözünü unudar, amma unuda bilməz, eləcə ağlının, ürəyinin bir köşəsində dərində, lap dərində saxlar. - "İhsan, sənmisin, İhsan?!" - səs sanki quyunun dibindən gəlir, yorgun, solgun gözlərin dərinliklərindəki umud yerində amma... "Nədən xəbərsiz getdiniz? Sizi gör nə vaxtdır gözləyirik!" - Səkinə nənənin titrəyən səsi hər kəsi için-için ağladır. Düz 75 ildir eyni həyətdən gecənin birində yoxa çıxmış uşaqlıq dostunu hələ də unutmamışdı Səkinə nənə, onu hələ də gözləyirdi...
Kiçik haşiyə. 1918-ci ilin mart ayında Azərbaycanda ermənilər kütləvi qırğınlar törədən zaman Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycana yardıma gəlir. Ordunun tərkibində könüllü olaraq Azərbaycana gələn Hüseyn əfəndi ermənilərlə savaşarkən ağır yaralanır və top mərmisi onun çənəsində böyük iz buraxır. Türk ordusu Azərbaycanı tərk edərkən Nuru Paşa Hüseyn əfəndinin savadlı adam olduğunu nəzərə alaraq, Azərbaycanda qalmasını xahiş edir. Bakıda təqib olunduğunu görən Hüseyn əfəndi Ağdaş rayonunun Xosrov kəndinə yerləşərək, burada evlənir. İki oğulu dünyaya gələn Hüseyn əfəndi mədrəsədə uşaqlara dərs verərək, ailəsini keçindirməyə çalışır. Lakin sovetlər bölgələrdə yerləşdikcə Hüseyn əfəndi də təqib olunmağa başlayır və həbs olunacağını bilən Hüseyn bəy bir gecə qəfildən ailəsini də götürərək, min bir əzabla Türkiyənin Qars vilayətinə köçür. Ailə Azərbaycanı tərk edərkən Hüseyn əfəndinin 9 və 6 yaşlı iki oğlu olur. Azərbaycanı 6 yaşında tərk edən İhsan, doğulduğu Xosrov kəndinə yalnız 74 ildən sonra gələ bilir.

...İhsan amcanı sonralar Azərbaycanda bir neçə dəfə qarşıladım. Azərbaycana üç dəfə dəldi. 85 yaşını başa vuran İhsan amca doğulduğu bu torpaqlara bir gün Azərbaycan vətəndaşı olaraq gəlməyi xəyal edir. Və bir də atası Hüseyn əfəndinin bu torpaqlar üçün savaşdığının sübutu olaraq onun atasına qazilik rütbəsinin verilməsini istəyir. Məncə o bizdən, bu torpaqlardan haqqı olanı istəyir əslində. Bu haqqı həm də 1918-ci ildə Bakının, Azərbaycanın erməni-bolşevik daşnaklarından xilas olmasında əməyi olan minlərlə Türk şəhidinə verməliyik. Onlar Azərbaycan yolunda şəhid və qazi olublar. Bu haqqı onlara tanımalıyıq. İhsan Özkösəli sadəcə bu torpaqlara bir qazinin övladı kimi ayaq basmaq istəyir. Çünki o gerçək bir qazinin övladıdı...
Xatırlatma:Bu yazı altı il əvvəl qələmə alınıb. Paylaşılan videoda https://www.youtube.com/watchv=qs4t5Ff6m8&fbclid=IwAR2gLCYE9GKBqA8HqEm 1J48G-qzEQvE0d1VZ1fv-8zxFy4JUVSV-CHuEw0 bir insan taleyi, Azərbaycan və Türk qardaşlığının, Qafqaz İslam Ordusunun bir əsgərinin acı taleyi, özləmi, dərin duyğuları yansıyır. 2013-cü ildə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun dəvəti üzərinə və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başkanı Səfər Karakoyunlunun təşkilatçılığı ilə Azərbaycana 74 il sonra ayaq basan İhsan Özkösəlinin film kimi hekayəsini təkrar paylaşmaqda məqsədimiz onun bir xəbərdən narahat olmağıdır. Son günlər Araz Əlizadənin "Nuru Paşa və Qafqaz İslam Ordusunun Azərbaycana pul qarşılığında gəlməsi" fikri hər kəs kimi İhsan amcanı da haqlı olaraq dərindən sarsıdıb. İnsan amcanın özləmini, duyğularını, kədərini bir daha sərgiləmək istədim. Araz Əlizadənin bu özləm və duyğuları anlamayacağını bilsəm də....

İlqar İlkin
"Birlik" jurnalının baş redaktoru,
ATXƏM-in icra katibi

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar