Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO

Tarix: 13-11-2019 18:50     Baxış: 3124 A- / A+
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO

Azərbaycan Televiziyasının aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən “Əsas məsələ” tok-şousunda dövlət qurumlarının mətbuat xidmətlərinin işi müzakirə olunub.
Manevr.az AZTV.AZ-a istinadla xəbər verir ki, verilişdə qonaq olan bloqer, jurnalist Tural ismayılov bəzi mətbuat katiblərini tənqid edib. O, hər bir məmurun ölkə başçısından örnək götürməli olduğunu deyib: “Ölkəmizdə əsas örnək alınacaq vicdanlı məmur obrazı cənab Prezidentdir: rayonlara səfərlərdə xalqın içində olması, bu günlərdə keçirilən ağacəkmə aksiyasında gənclərlə səmimi münasibəti, söhbətləri... Bu, hansısa bələdiyyəyə sədr seçiləndən sonra 50 metr məsafəyə adam buraxmayanlara, icra hakimiyyətlərində özlərini kiçik firon hesab edən bəzi şöbə müdirlərinə dərs olmalıdır. Amma olurmu?

Bu gün Azərbaycanda idarəetmədə bir sıra yeniliklər həyata keçirilir. Qurumlar birləşdirilir, bəziləri ləğv edilir, yeniləri yaradılır.

Bəzi qurumların mətbuat xidmətlərinin rəhbərləri, birbaşa jurnalistlərlə işləməli olan, ictimaiyyətə təsir etməli olan adamlar işlərini görürmü? Sosial mediada dayanmadan Azərbaycan əleyhinə, ölkədə görülən hər müsbət işə qarşı xaos və çirkab yayırlar. Bu məlumatların qarşısını almalı olan adamlar fəaldırmı, aktivdirmi? Xeyr, deyillər. Elələri var ki, ümumiyyətlə jurnalistlərin telefonlarına cavab vermirlər”.

Hüquq müdafiəçisi Sahib Məmmədov müzakirələrə qoşularaq maraqlı nüansa diqqət çəkib: “Bir dövlət idarəsinin rəhbəri mətbuat üçün, cəmiyyət üçün açıqdırsa, onun mətbuat xidməti də açıqdır. Məsələn, Bakı Nəqliyyat Agentliyi. Gecə 2-də də nəsə yazsan, dərhal reaksiya verirlər”.

Tural İsmayılov isə daha bir nümunə göstərib: “Bu dediklərinizə “ASAN xidmət”i də nümunə kimi göstərmək olar. Amma elə qurumlar var ki, Azərbaycanın əleyhinə yayılan saxta informasiyaların qarşısına doğru informasiyaları çıxara bilmirlər. Hansısa xarici ölkədə baş vermiş hadisəni Azərbaycanda baş vermiş kimi təqdim edirlər. Bəs hanı məsul qurumların mətbuat xidmətlərinin rəhbərləri?”

Manevr.az
https://www.youtube.com/watch?v=CcUmXLDPKyE&feature=youtu.be

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar