Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vəcihə Ağazadə- "Amin"(Esse)

Tarix: 13-11-2019 13:14     Baxış: 3403 A- / A+
Vəcihə Ağazadə- "Amin"(Esse)

Hər günü bir başqa yaşanırdı onun üçün. Əslində kənardan həyatı monoton görünürdü. Hər gün eyni şeylərin təlaşı; dərsi, sosial işləri, təhvil verməli olduğu sənədlər, etməli olduğu görüşlər, planlar...Hər gün ən azı bir önəmli görüşü, işi olurdu. Sanki, evə erkən gəlməkdən, gəldiyində özü ilə çox az təkbətək qalmaqdan, başını yastığına qoyanda gözünün saatlarla bir nöqtəyə zillənməsinə zəmin yaradan o dəhşət dolu yuxularından, fikirlərindən qaçmaqdan yana idi bütün bu işləri öhdəsinə götürməyi. Çətin idi...Hər səhər erkəndən oyanıb, iki növbədə də tədrisdə olmaq hələ az yaşı üçün çətin idi. Daha bir acınacaqlı tərəfi isə, ona bu daha rahat gəlirdi, yetər ki, o dörd divarın arasında fikirləri intihar etməsin. Çünki, hər gün bir az daha yaddaşından, fikirlərindən, sözlərindən, ən əsası ruhundan ayrılırdı. Ən pisi isə bir zamanlar baş-başa qalarkən heç incinmədiyi, onu rahatladan düşüncələrini itirirdi. İndi, onu sarsıdanlardan ən ağırı bu idi...Yaşamında kənardan görünməyən qeyri-monotonluğu da əsas etibarı ilə buna köklənirdi.

Bu gün də həmin günlərdən biri idi. Bir az çiskinli, həmçinin də qışı xatırladan soyuq noyabr səhəri...Elə bil, bu il qış payıza çox yer vermək istəmirdi, özünü günün ən azı bir yarısında bildirirdi. Yerindən qalxmaq bu gün bir qədər daha çətinləşmişdi. Ağrıları son bir həftədə çox artmışdı. Çünki, hər tərəfli çox gərgin günlər keçirirdi. Həkimi başında olan çox tutmalardan, ağrılardan dolayı ona daha çox rahatlıq, sakitliyi məsləhət görürdü. Amma, o özü də yaşamı da buna zidd gedirdi...Əvvəllər nəsə sıxıntısı olan kimi ən yaxını ilə daha çox paylaşmağa, danışmağa can atan biri, artıq bir aya az qalırdı ki, heç kimlə demək olar bu mövzuda danışmırdı.Buna özlüyündə qəti qərar vermişdi; daha kimsəylə üzüntüsünü paylaşmayacaqdı. Dənizə danışacaqdı, torpaqda basdıracaqdı, amma, insanlara danışmayacaqdı. İnsanlar artıq nə problem, nə də onu dinləmək istəyir. Hamının bir şəkildə özünə görə kiçik və ya böyük problemləri vardı, kifayət edirdi. Sadəcə daha insanlar onlarla güləcək, əylənəcək, xoş vaxt keçirəcək insanları yanlarına alırdılar. O da elə dəyişmişdi. Düşünürdü, danışmaq sanki onu daha da artırmaq olurdu. Xəstəlikdə metastaz olduğu kimi...Və ətrafına həmişəkindən daha çox müsbət enerji, sözlər, motivlər yayırdı. Ətrafı da bunu sezirdi, bəziləri isə kifayət qədər faydalanırdı. Axı, o əlavə olaraq psixoloji təhsil də alırdı. Elə olmasaydı, elə birinci ətrafı ona deyərdi-“sən necə oxuyursan, bilgilisən bəs?”..Həm də hamı üçün gözəl dinləyici idi də. Əvvəllər özünün dinləyiciliyinə görə ətrafdan da hardasa umurdu, amma, artıq yox. Aspektini çox dəyişmişdi. Bəlkə də qırıqları çox dərində və təzə idi, ona görə...Eyni zamanda yaşamının təzadını yaşayırdı. İndi hər şey təzadlı idi, təzadlı olduğu qədər də normal. Bir sözlə; adiləşmişdi hər şey. Gələn problemlər, eşitdiyi sözlər, yaşadıqları-hamısı...

Dərsindən sonra bu gün də çox işləri vardı, axşama tərəf çatmışdı onun olmayan evinə. Onun olmayan...Heç vaxt da onun olmayacaqdı nə o ev, nə də o evin olduğu şəhər. Buranın bəlkə də istənilməyən qonağı olduğunu bilirdi. Ömürlük belə qalası olsa, yenə də istənilməyən olacaqdı. Heç bağlana bilmirdi bu şəhərə, heç...Nəsə..
Çox yorğun addımlarla irəliləyirdi, avtobus dayanacağından sonra evə 4-5 dəqiqəlik piyada yolu vardı. Ayaqqabısı da ayağını çox incitdiyindən sanki dərin yara olmuşdu, ondan dolayı addımları daha da ağır idi. Hər mənada sıxıntısından dolayı hələ yenisini almağa imkan edə bilməmişdi. Evə gedən yolu həmişə çox sakit olurdu, məhəllə arası kimi yol idi. Amma, binalar, ətraf o qədər sakit idi ki, elə bilərdin burda adam yaşamır. Hətta tərəvəz satan dayı belə həmişə çox sakit, elə bil bikef olurdu. Bir də yolunun üstündə həmişə olmasa da çox zaman bir yaşlı nənə olurdu. Nurani idi, səsi də həlim, dilində daim gözəl dualar vardı. O hamınınkına bənzəməyən, daha ədalı, təmiz...Başı aşağı, bitkin, sakit gedərkən hələlik qulağına gələn tək səs ayaqqabısının taqqıltısı idi. Ürəyindən keçirirdi ki, elə kaş o nənə bu gün burda olmuş olaydı, səsini-dua səsini eşidərdi gedər ayaq. Həmin nənə də artıq gözəyarı tanıyırdı onu.

Səs...Həmin səs idi-“Allah səni arzularına çatdırsın, balam.”Başını qaldırdı, nənəni görcək sanki könlü açıldı. Soyuqdan ciblərindən çıxarmadığı əlini cibində qalan qəpiyi ilə birgə çıxarıb, yanına getdi.”Amin, nənə”deyib, əlini möhkəm tutdu. Bu dəfəki Amini çox da ürəkdən deyildi bəlkə də, amma, bir Amini mütləq var idi. Çünki, ümidi çox böyükdən idi...Yol boyu ciblərində isinməyən əli elə isindi ki, bir dəqiqə belə cibindən ayırmadığı əlini qapıya qədər cibinə aparmadı. Qapını açdı və yenə o divarlar...Yorğunluqdan, ağrıdan nə bir stəkan çay, nə də bir tikə çörək yeyə bildi. Bircə telefonuna baxdı, yenə evə çatmamış axtarmağa başlamışdılar onu. Vacib mesajlara, maillərə bir təhər alayarımçıq cavab verib, yatmaq istəyirdi.Təzəcə başını qoymuşdu ki, bir zəng-evdən idi. Onu rayonuna çağırırdılar. Hə, onlarla da anlaşılmazlıqlar vardı axı..İşinin uyğun olub-olmaması belə onlara maraqlı olmadı. Əsas həll etməli olduqları, ürəklərində qalan sözlərini deməli olduqları məsələ idi. Nə ağrı, nə iş, nə də başqa bir şey...O hökmlü danışığın sonunda sadəcə bir kəlmə edə bildi-“yaxşı, yaxşı, gələrəm, danışarıq, yaxşı.”
Başını yastığına qoydu və yenə zillənən gözlərini heç cür yumdura bilmədi. Qulağında tək təkrarlanan səs isə-“Allah səni arzularına çatdırsn, bala”səsi idi...Və qəlbdən keçən səssiz “Amin”.

Vəcihə Ağazadə
Bakı Dövlət Universiteti,kimya fakültəsi,
SABAH qrupunun tələbəsi
6 noyabr 2019

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar