Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda orta ömür uzunluğu açıqlandı - HESABAT

Tarix: 13-11-2019 12:03     Baxış: 4184 A- / A+
Azərbaycanda orta ömür uzunluğu açıqlandı - HESABAT

1980-2017-ci illər ərzində Azərbaycanda orta ömür uzunluğu 8 yaş artaraq 72,1 yaşa çatıb.

Manevr.az-ın "apa -economics"ə istinadən məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Economic Integration Report 2019/2020 (AEIR): Demographic Change, Productivity, and the Role of Technology" adlı hesabatında deyilir.

Hesabata əsasən, Asiyada ən yüksək göstərici Honkonqda (84,7 yaş), ən aşağı göstərici isə Əfqanıstanda (64 yaş) qeydə alınıb.

Dinamikaya gəldikdə, qeyd edilən dövr ərzində ən yüksək artıma Kamboca nail olub. Belə ki, sözügedən ölkədə 37 il ərzində əhalinin ortalaşdırılmış ömür uzunluğu 41,8-dən 69,3-ə çatıb. Ən zəif artım isə Gürcüstanda qeyd alınıb. Bu ölkədə ortalaşdırılmış ömür uzunluğu cəmi 3,7 yaş artaraq 73,4-ə yüksəlib.

Qeyd edək ki, hesabata əsasən, Asiya üzrə ortalaşdırılmış ömür uzunluğunun orta göstəricisi 72,6 yaş təşkil edir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 15 ildə Azərbaycanda ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib. O cümlədən kişilər üzrə 70,8 yaşdan 73,3 yaşa, qadınlar üzrə 76,1 yaşdan 78,2 yaşa qədər artıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar