Sizin Reklam Burada
Xəbər lenti
09 dekabr
08 dekabr
BÜTÜN XƏBƏRLƏR

Könüldən könülə körpülər görünür... -ŞƏKİLLƏR

Tarix: 12-11-2019 18:47     Baxış: 4263 A- / A+
Könüldən könülə körpülər görünür...

Sözə, sənətə hörmət və məhəbbət insanı daxilən təmizləyir, saflaşdırır. Ədəbi əlaqələrin qurulması, söz adamlarının bir araya gəlməsi, yazdıqlarını paylaşması ədəbi, əbədi münasibətə vəsilə olur. Bu üzdən Türkiyəli tanınmış yazar , şair Coşkun Karabulutla birlikdə “ Könül Körpüsü” layihəsini yaratdıq. Məqsədimiz ölkələrarası ədəbi əlaqələrə bir töhfə vermək, söz- sənət adamlarını bir araya gətirmək, onların əsərlərini çap etdirib, tanıtmaqdır.

Şair qardaşım Coşkun Karabulutla birlikdə “Könül körpüsü” layihəsinə əsasən Türkiyəli 10 şair, yazarın şeirlərindən ibarət 10 toloji kitabını hazırladıq. Kitabda Coşkun Karabuludun, Çafak Ahmet Denizin , Şahsene Camızın, Mine Sarmışın, Mahmut Özkocanın , Fatma Bacaranın, Burcu Yılmaz Sayılğanın, Selma Çengizin, Eser Tunçoğlunun , Fahrı Eryılmazın şeirləri yer aldı. Professor yazar Yelda Özsunarın “ Universal simfoniya” kitabını, Fatma Bacaranın” Payız gəlini”, Sahsene Camızın “ Günəş yüklü nağıllar” kitabını da, 10 tolojini də bizim türkcəyə uyğunlaşdırdım.

Türkiyənin tanınmış yazarı, şair Coşkun Karabulut və onun başçılıq etdiyi Fəthiyə Ədəbiyyat qrupu oktyabrın 19- da Bakıya gəldilər.
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Bakı onları günəşli, mehriban ürəyi ilə qarşıladı. Hava limanında dostlarla böyük sevgi ilə qucaqlaşdıq. Əksəriyyəti Azərbaycana ilk dəfə idi ki, gəlirdi. Yol boyu şəhərimizin gözəl , möhtəşəm binaları onları valeh etdi. “ Könül Körpüsü”nün yazarlarının Azərbaycan Yazıçılar Birliyində Natəvan klubunda çox möhtəşəm açılış tədbiri oldu. Sonra vətənimin dilbər guşələri olan Xaçmazda, Şəkidə, dostluq şəhəri olan Sumqayıtda ədəbi aləmin və digər sahələrin insanları ilə maraqlı, yaddaqalan toplantıları, görüşləri oldu.
Şəhərlərimizin tarixi, mədəni ocaqları ilə yaxından tanış oldular. Bakıda dəniz sahili, Xaçmazda Heydər Əliyev Mərkəzinin binası, müxtəlif heykəllərin yer aldığı park, Şəki Xan sarayı, qədim daşlı yollar, Bakıda Şirvanşahlar sarayı, Qız Qalası, Üç qüllə yazar dostlarımın həm kameralarında, həm də yaddaşlarında silinməyən kadrlara köçdü.
Yeni dostluqlar , əlaqələr yarandı. Coşkun abi ilə mənim istədiyimiz də bu idi. Həm Türkiyəli, həm Azərbaycandan olan yazar və elm adamlarını bir- biri ilə tanışdırmaq, könüllərə körpülər salmaq ən böyük istəyimizdir. Amalımız bundan sonra qardaş Özbəkistan, Qazaxistan, Qırğızıstan və digər qonşu ölkələrdəki yeni- yeni könül insanları ilə münasibətlər qurmaq, könül körpüsü salmaqdır. Çünki ictimai- siyasi arenadakı hadisələr bir daha göstərdi ki, biz qardaş ölkələr bir olmalıyıq, birlikdə mücadilə etməliyik. Tarix birliyi , dostluğu sevir. Birlik olan yerdə zəfər çalınır.

Şair Adil Cəfakeşin “Sarı aşıq “ ədəbi məclisiinin üzvləri ilə türkiyəli yazar dostlarımızın çox doğma notlara köklənən görüşü istedadlı aşıqların və Eser Tunçoğlunun ifaları ilə zənginləşdi.
Könüldən könülə körpülər görünür...
Getdiyimiz hər şəhər öz istedadlı insanları ilə hər birimizin qəlbimizi riqqətə gətirdi. Xaçmaz Regional idarənin müdiri Nazim Ağayevin dəstəyi, əməkdar jurnalist Azər Həsrətin, “ Ulduzlar “ ədəbi birliyinin başda tanınmış şair Fərzalı Ziyanur və birliyin üzvləri, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Tarix Diyarşünaslıq muzeyi direktoru Pakizə Mehdiyevanın yaxından iştirakı və diqqəti ilə çox maraqlı görüş oldu. Gənc müğənni Elvin ecazkar səsi il dinləyən hər kəsi heyran etdi. Şair, jurnalist dostumuz, Manevr.az saytının təsisçisi və rəhbəri Namiq Dəlidağlının da bizimlə olması ayrıca bir rəng qatdı səfərimizə.
Şəkidə bizi dəyərli jurnalist , dostumuz Akif Salam, Şəki Yazıçılar birliyi rəhbəri şair Vaqif Aslan qarşıladı, Şəki Xan sarayının yanında. Şəkidə musiqi kollecində Şəki İcra başçısının müavini Zərinə Cavadovanın təşkilati dəstəyi, musiqi kollecinin direktoru Sərdar Şərifovun da yaxından iştirakıilə möhtəşəm ədəbi- bədii gecə hazırlanmışdı. Kollecdə Şəki qonaqpərvərliyi ilə Sərdar müəllim Şəkinin məşhur şirniyyatlarıyla bəzətdirmişdi süfrəni. Tədbirdən sonra dəyirmi stol ətrafında şirniyyat süfrəsində duzlu- şirin Şəki lətifələri yazar dostlarımı xeyli güldürdü. Şəkinin öz milli kaloritini, qədimliyini qoruyan görünüşü, təbiətinin füsunkarlığı , istedadlı gənclərin ifaları bir çələng oldu qəlblərdə.
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Avtobusda yol boyu Coşkun abinin şən yumorlarını dinləyərək, oxuduğumuz nəğmələr, söhbətlərlə vaxtın necə keçdiyindən xəbərimiz olmurdu.
Beləcə günlərimiz bir – birinə calanır, hər görüş , min görüşə körpü olurdu.

Sumqayıtda Poeziya evinin direktoru , tanınmış şair İbrahim İlyaslının rəhbərliyi ilə şəhərin tanınmış qələm adamları ilə xoş , mənalı görüş oldu. Hümbət həkimin Dostlar klubu üzvləri və bir çox ziyalılarla, Sumqayıt şəhər Səhiyyə şöbəsinin rəhbəri Səkinə xanım, Aypara cəmiyyətinin sədri Mətanət xanım da olmaqla, maraqlı musiqili bədii gecə keçirildi. Yazarlar 70 yaşlı bir şəhərdə gedən quruculuq işlərini bəyəndilər.
Könüldən könülə körpülər görünür...

Könüldən könülə körpülər görünür...

Könüldən könülə körpülər görünür...

Könüldən könülə körpülər görünür...

İlk gələn gün də, son gündə də tanınmış rəssam dostumuz Nəvai Mətinin öz ecazkar, rənglər dünyasının qovuşduğu tanınmış ART studiyasında şeirli- nəğməli vida gecəsi keçirtdik. Yenə Eser şirin avazı ilə bizi sehrlədi. Ayşə xanım və mən də nəğmələrlə ona yoldaşlıq etdik.

Beləliklə, bir həftə boyu Şahsene Camızın nağıllar aləminin qəhrəmanları olduq. Fatma Bacaranın “Payız gəlinini” görmək üçün payıza yollandıq. “ Universal simfoniya” nın bəşəri harmoniyasının sədaları altında, Şafak Ahmedin dənizinin pıçıltıları ilə Mahmud Özkocanın “ Gülüm” ümünün sorağı ilə könüllərdən keçdik. Körpülər qurduq.

İstedadlı və sevimli bacım Günel Natiqin və gözəl insan, dəyərli şair Tahir Talıblının dəvəti ilə mənim ən sevdiyim Azərbaycan radiosunda qonaq olduq. Türkiyəli yazar Sahsene Camız xanımın nağıllarını və Coşkun Karabulutun dəfələrlə efirdən şeirlərini ssləndirmişdim. O üzdən Günel xanımla dostlarım köhnə tanışlar kimi görüşdülər. Çox maraqlı proqramlar hazırlandı. Inşallah bu yaxında efirdə gedəcək.

Könül körpüsü layihəmiz böyük rəğbətlə qarşılandı, bəyənildi. Bu layihəni hər il müxtəlif bölgələrdə, rayonlarda da həyata keçirəcəyik.

Sevinc dolu, mənalı günlər arxada qaldı. Biz bir- birimizdən könül dolusu xoş sözlərlə ayrıldıq.

Könül körpüsü layihəsinin həyata keçməsində bizə mənən dəstək olan , yanımızda olan, bizimlə sevincimizi paylaşan, əməyi keçən hər kəsə minnətdaram. Vətənim Azərbaycanda şeirə, sənətə verilən böyük dəyərə görə qürur duydum. Qardaş Türkiyəli yazarlara qarşı olan məhəbbətdən qürur duydum. Unudulmaz şairimiz Səməd Vurğunun bu iki misrası dodaqlarımın arasından sürüşüb qulaqlara doldu:

Bizdə şeir də var, sənət də vardır,
Şairə, sənətə hörmət də vardır.


Dünyada söz və sənət əbədi qalandır. Mən inanıram ki, əl- ələ tutub, könül körpülərindən keçərək, bir gün Qarabağ körpüsündən də, Xudafərin körpüsündən də keçəcəyik.

Nazilə Gültac
“Könül Körpüsü” layihəsinin rəhbəri.
Yazar, həkim

Manevr.az
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...
Könüldən könülə körpülər görünür...








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar