Sizin Reklam Burada
Xəbər lenti
12 noyabr
BÜTÜN XƏBƏRLƏR

Stomatoloqun dəhşətli qətli ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Tarix: 09-11-2019 14:05     Baxış: 330 A- / A+
Stomatoloqun dəhşətli qətli ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Bakı Şəhər Prokurorluğunda stomatoloq Elvin Nazim oğlu Həbibzadənin qətli ilə bağlı istintaq davam edir. Dəhşətli cinayət bu ilin oktyabrında baş verib.

Manevr.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a bildirdi ki, Elvin Həbibzadənin qəsdən öldürülməsi faktı üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 maddəsi ilə istintaq tədbirləri davam etdirilir.

“Faktla bağlı çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub. Səbuhi Ələkbərov və Rəşad Fətullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir” - deyə xidmət rəhbəri bildirib.

2 övlad atası olan 1987-ci il təvəllüdlü Elvin Həbibzadə oktyabrın 13-dən 14-nə keçən gecə Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisində öz maşınında qətlə yetirilib. Onun ölümündə iştirak edən Səbuhi Ələkbərov qonşusu, Rəşad Fətullayev isə sonuncunun bacanağıdır. Qətl Sahil qəsəbəsinin ərazisində törədiləndən sonra Səbuhi Ələkbərovla Rəşad Fətullayev meyiti gizlətmək üçün hərəkətə keçiblər. Elvin Həbibzadənin meyitini ona məxsus maşında Bakının Türkan qəsəbəsində bağlar massivində yerləşən Səbuhi Ələkbərovun babasına məxsus baxımsız bağa gətiriblər. Gecə yarısı meyiti 30 metr dərinliyi olan susuz quyuya atıb, izi itirmək üçün üzərinə qayma daşlar tullayıblar.

Mərhuma məxsus “BMW” markalı, Az 10 VP 103 nömrə nişanlı maşını isə Rəşad Fətullayev üzərinə saxta nömrə nişanları bağlamaqla Qızıldaş qəsəbəsinə aparıb. Orada söküb satmağı planlaşdırıb. Bəzi hissələrini satmağa macal da tapıb.

Səbuhi Ələkbərov isə qətldən sonrakı 10 gün ərzində Elvin Həbibzadənin yaxınlarının yanına düşərək onun axtarışlarında iştirak edib. Onları sakitləşdirməyə səy göstərib, Elvinin harasa getdiyini, qayıdıb gələcəyinə inandırmağa çalışıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməliyyatçıları Səbuhi Ələkbərova inanmayıblar. O isə Elvin Həbibzadənin Qaqo adlı şəxslə harasa getdiyini deməklə şübhələri üzərindən yayındırmağa çalışıb. Qızıldaş qəsəbəsində Elvin Həbibzadəyə məxsus maşın aşkar ediləndən sonra Rəşad Fətullayev saxlanılıb, məlum olub ki, o, Səbuhi Ələkbərovun bacanağıdır. Səbuhi Ələkbərovun dediyi Qaqo adlı şəxs də elə onun bacanağı Rəşad Fətullayevdir. Bundan sonra Səbuhi Ələkbərov dəhşətli cinayəti tam təfərrüatı ilə əməliyyatçılara danışmaq məcburiyyətində qalıb.

Səbuhi Ələkbərov Elvin Həbibzadəni namus məsələsinə görə qətlə yetirdiklərini söyləsə də, mərhumun yaxınları bu versiyaya inanmırlar. Deyirlər ki, cinayət tamah məqsədi ilə törədilib. Qətldən sonra baş verənlər - mərhumun maşınının sökülüb satılması planı, cibindən pullarının götürülməsini də bunun əksini sübut edir.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda hər iki şəxs Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılır.

İstintaqın davam edəcəyi 4 ay müddətində hər iki şəxs BİT-də qalacaqlar.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar