Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni il ərəfəsində əfv sərəncamı veriləcək? — Komissiya üzvündən açıqlama

Tarix: 06-11-2019 22:50     Baxış: 3226 A- / A+
Yeni il ərəfəsində əfv sərəncamı veriləcək? — Komissiya üzvündən açıqlama

“Yeni il bayramı ərəfəsində əfv sərəncamının imzalanması gözlənilmir”.

Manevr.az
xəbər verir ki, bunu modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Əfv sərəncamının imzalanmasının Prezidentin səlahiyyətində olduğunu xatırladan Komissiya üzvü ötən illərin təcrübəsinə əsaslanaraq, növbəti sərəncamın 2020-ci ildə imzalanacağını ehtimal etdiyini deyib:

“Ötən illərin təcrübəsi göstərir ki, sərəncam adətən ildə bir dəfə Novruz bayramı ərəfəsində olur. Bu il ərzində əfv sərəncamının imzalandığını və hələlik iclasların təyin edilmədiyini nəzərə alsaq, hər il müşahidə olunan halın təkrarlanacağını ehtimal etmək olar”.
Yeni il ərəfəsində əfv sərəncamı veriləcək? — Komissiya üzvündən açıqlama

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar