Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“İdrak” liseyində “Nəsimi dühası-650 il” layihəsi çərçivəsində növbəti təqdimat keçirilib -ŞƏKİL

Tarix: 06-11-2019 17:21     Baxış: 3404 A- / A+
“İdrak” liseyində “Nəsimi dühası-650 il” layihəsi çərçivəsində növbəti təqdimat keçirilib

“İdrak” liseyində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti təqdimat baş tutdu.

Manevr.az xəbər verir ki, təqdimat təsdiq edilmiş qrafikə uyğun olaraq “İdrak” liseyinin təşkilatçılığı ilə keçirildi və dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş filmin nümayişi ilə başladı.Təqdimatda layihənin əsasnaməsində nəzərdə tutulduğu kimi liseyin şagirdlərinin ifasında Nəsiminin yaradıcılığında yer alan və şairə həsr olunmuş müxtəlif qəzəllər, musiqilər ifa edildi, kompozisiyalar nümayiş etdirildi. Həmçinin şagirdlər liseyin musiqi müəllimi, gənc bəstəkar Məhərrəməli Əlişanovun Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnən romansını canlı ifa etdilər.
Tədbirdə çıxış edən “İdrak” liseyinin təsisçisi, pedoqoji elmlər doktoru, professor Mönsüm Alışov çıxış edərək, qonaqları salamladı və tədbirin hazırlanması haqqında məlumat verdi. Bildirdi ki, orta məktəblərdə bu cür tədbirlərin keçirilməsi şagirdlərin hərtərəfli yetişməsində, onların maarifləndirilməsində olduqca mühüm rol oynayır.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, prezident təqaüdcüsü, ədəbi tənqidçi, şair Əsəd Cahangir bildirdi ki, Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, İmadəddin Nəsimi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük mütəfəkkir, istedadlı şəxsiyyətdir. Onun yaradıcılığı dünya poeziyasına mühüm töhfədir. Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii- fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığı nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olub. Çünki Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. Bu baxımdan ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalanması təsadüfi deyil. “Nəsimi İli” çərçivəsində ölkəmizin hər bir yerində, o cümlədən Binəqədi rayonunda da silsilə tədbirlər keçirilir və Nəsiminin əziz xatirəsi ehtiramla yad edilir. Ramiz Göyüşov çıxışının sonunda məktəbliləri təbrik edərək, onlara uğurlar arzuladı.
Sonda tədbirdə muğam üçlüyünün müşaiyyəti ilə musiqi nömrəsi səsləndirildi və tədbir iştirakçıları “İdrak” Liseyinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxdılar.
Tədbirdə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov və Şuranın məsul katibi İlqar Orucov iştirak edirdi.

Manevr.az
“İdrak” liseyində “Nəsimi dühası-650 il” layihəsi çərçivəsində növbəti təqdimat keçirilib
“İdrak” liseyində “Nəsimi dühası-650 il” layihəsi çərçivəsində növbəti təqdimat keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar