Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vətən həsrətli adam- Rəfail Tağızadə yazır...

Tarix: 05-11-2019 14:50     Baxış: 3249 A- / A+
Vətən həsrətli adam- Rəfail Tağızadə yazır...

Görmədiyin, səsini eşitmədiyin adam bəzən sənə çox doğma gəlir. Onunla daha sərbəst olursan, fikirlərini bölüşə bilirsən, söhbətdən sakitləşirsən, rahatlanırsan. Hamının dinlənməyə ehtiyacı olan bu səbirsiz dünyada o səni daha yaxşı anlayır. Nə səs var, nə qışqırıq. Şəkillə danışan kimi danışırsan. Sözün sükut pıçıltısı, hərflərin dili var.

Elə məqamlar olur ki, orda münasibətin yaxınlığı, uzaqlığı olmur. Səmimiyyət, doğmalıq olur.
Beləcə, uzaqdakı adam səninlə doğmalaşır. Bu görmədiyin doğma adamın səsinə, sözünə, özünə darıxırsan...
İlk dəfə gördüyün bu adamla min illərin doğması kimi görüşürsən. Mehribancasına. Səndən qabaq görüşən, danışan baxışlar xəyalları, ümidləri məkana daşıyır. Ani susqunluq da bunlar üçün bir aralıqdı.

Vətən, yurd ağrısını yaşayan adamı sükutundan, baxışlarından anlamaq olur. Hisləri, duyğuları olduğu kimi izah etmək çətindi. Yaşananı ifadə etməkdə söz də, qələm də acizdi. Çatdıra bilmir dəyişən halın sürətinə. Gərək onu yaşayasan. Özününkü kimi. Bu, həmdərlinin dərdini onunla birlikdə yaşamaqdı, bölüşməkdi.
Adam həsrətin hər çırpıntısından titrəyən, tənhalıqdan boynunu bükən çiçəkdi. Vətənin hər xoş xəbərindən açılan, bəd xəbərinə bükülüb yığılan, içinə çəkilən, içinə qısılan gecə çiçəyidi. Tez açıldığı kimi də tez sönə bilir. Qəfil sərt küləkdən diksinir. Tənhalıqdan isti bir nəvazişə ehtiyac duyur. Ruhunu oxşayan, onu tərpədən ifadəyə ürək sözlərini qatır. Yanğısı ilə, sevinci ilə. Düşüncəsi üst-üstə düşən sözə, ifadəyə xoş qatqısını qatmağı özünə mənəvi borc bilir. Yaxşı hər şeyə sevinir. Ağrına, kədərinə dərddaş olur. Onu səninlə birgə çəkir.
Vətən, Qarabağ həsrətli şeirlərə özünün yaşadığı hislərlə bir qərib baxışı qata bilir. Olanları yaşayırmış kimi.
Bəlkə də düşüncələrimizin, yaşadıqlarımızın oxşarlığıdı bizi bu qədər biri-birimizə doğma edən. Ruh qohumları kimi. Ruh qohumluğu qan qohumluğundan daha doğmadı. İlahidən gələn gözəldi. Üzünü görmədiyin, səsini heç vaxt eşitmədiyin bir insan sənə doğmadan da doğma olur. Ən əziz adam kimi. Elə Çiçək xanım kimi.

Çiçək Tağıyeva uzaq Ukraynada – Kiyevdə yaşasa da, vətəni Azərbaycanı çox sevir. Onunla nəfəs alır. Ürəyi vətənlə döyünür. “Sabah geri dönürəm”, - deyərkən, göz yaşlarına hakim ola bilmir. Nə ayrılmaq istəmir, nə qala bilmir. Bölünmək bütün hallarda çətindir.
Qarabağ ağrısını yaşadığımdan bu ağrılar, acılar mənə tanışdı. Doğma yerlərə uzaqdan baxmaq çox çətindir. Çox...
Sənətindən, peşəsindən, vəzifə və mövqeyindən asılı olmayaraq, əsas olan İnsanlıqdır. İnsan olmaqdır. Vətəndaşlıqdır. Mənə görə hər şey ondan sonra gəlir.

Çiçək Tağıyevanın kitabının adında vətən sözünün olacağına mütləq inanırdım. Çünki vətəni Azərbaycanı bu qədər sevən insan kitabının adında mütləq onu vurğulamalı idi.
Əlimdə Çiçək Tağıyevanın “Vətən ətirli çiçək” kitabıdır.
Kitabdakı şeirlərdə sevgi var, ayrılıq var, həsrət var, ağrı var. Vətəndaşlıq var. Çiçək xanımın özü var.

Vətənə həsrətəm, elə həsrətəm,
Elə pərişanam, elə həsrətəm,
Əynimə geymişəm həsrət donunu,
Görən elə bilir elə həsrətəm.


və ya

Dilimin qübarı Vətən sözündən,
Yaxamı kənara çəkə bilmirəm.
Bu dünya Vətənsiz heçdi gözümdə,
Qürbətdə özümə gələ bilmirəm.


“Vətən ətri gəlmir qürbət gülündən” söyləyən Çiçək xanım, bənövşəyə nələr pıçıldayır:

Həsrətmi böynunu büküb, bənövşə,
Hicranmı xal salıb tər ləçəyinə?
Bu yaz da ötüşdü, gələ bilmədim,
Yenə həsrət qaldım dağ çiçəyinə.

.
.
Həsrətdən sızlayır qərib ürəyim,
Vətən sevgisindən heç zaman doymur.
Ətirli olsa da qürbət çiçəyi,
Vətən çiçəyi tək gözümdə olmur.


“Vətən ətirli çiçək” kitabı vətənsevən Çiçək Tağıyevanın həsrətlə yazılmış iç dünyasıdır.

“Əlincə” şadlıq sarayı. Xatirələrin məkanı...
Çiçək xanımın özü kitabı kimi oxunur. Dinlənilir.
Yazılarında görünənlər, duyulanlar gözlərindən oxunur. Sözlərə sığmayan görüşün sevinci təbəssümdə, gülüşdə, baxışda ifadə olunur.
Çıçək xanımın özünün ifadə etdiyi kimi vətəndən uzaqda ikili həsrət yaşayır. Ona görə də vətən həsrətinə, həsrətli yazılara, şeirlərə biganə qala bilmir. Çox duyğuludu. Həssasdı. Sözlə, misrayla pərvazlanır.

Uzatmaq istədiyin zaman uşaq ürəyinin döyüntüləri kimi döyünür. Hər çırpıntıda bir həsrət, ayrılıq; insan, vətən sevgisi. Bölünmüş, parçalanmış ürəyin sözə çevrilən yazıları vərəqəmi düşür, başqa bir ürəyəmi qonur, onu ancaq yaşayanlar bilər.

Xatirələrin içində qurğuşun xatirələr də var. Daşınması və unudulması çətin olan xatirələr. Bəlkə əsl xatirələr elə onlardı. Həsrətin, ayrılığın özü kimi xatirələri də ağır olur. İnsan çiynində, kürəyində götürə, daşıya bilmədiyi ağrıları içində daşıyır. Onunla qol-boyun yaşayır...

“Bəzən elə düşünürük ki, ömür əbədidir. Həyatın, ömrün vəfasızlığını düşünmürük. Deyiləcək arzuları, ürək sözlərini deməyə tələsmirik. Bəzən bilərəkdən, ya bilməyərəkdən kiminsə qəlbinə toxunuruq. Sonra peşimanlıq çəksək də, artıq gec olur...
Bir xoş deməyə, bir könül şad etməyə tələsin! Sonra gec olacaq!” –söyləyən insan uçaq qanadlarla gəldiyi kimi, həsrətin, ayrılığın ürək çırpıntılarını ərmağan edib, saatların kölgəsində iz buraxan xatirələri yığıb həmin qanadlarla da uçub getdi. Bilmədik, gətirdiyi çox idi, yoxsa apardığı. Onu bilirəm ki, dostlar üçün qalanlar çox oldu.
Dəqiqələrdə, anlarda yaşayan xatirələri bizimlə baş-başa qoydu...

Xoş gördük, uzaqdan gələn doğma Adam!

Rəfail Tağızadə
31.10.2019
Manevr.az
Vətən həsrətli adam- Rəfail Tağızadə yazır...
Vətən həsrətli adam- Rəfail Tağızadə yazır...

Xəbəri paylaş







Müəllif: Məmməd Mərzili
Tarix: 5 noyabr 2019 15:40
Uğurlar olsun.Çiçək xanım!
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar