Sizin Reklam Burada
Xəbər lenti
13 noyabr
12 noyabr
BÜTÜN XƏBƏRLƏR

Sabiq deputat və İcra başçısından Araz Əlizadəyə — “Zatını bilməyən oğuldan kişi çıxmaz...”

Tarix: 04-11-2019 18:50     Baxış: 5127 A- / A+
Sabiq deputat və İcra başçısından Araz Əlizadəyə — “Zatını bilməyən oğuldan kişi çıxmaz...”


"Əsrlərin sınağından çıxmış Azərbaycan və Türkiyə qardaşlığı bu gün dünyada hamı üçün örnəkdir".


Manevr.az xəbər verir ki, bunu sabiq deputat və İcra başçısı Vaqif Abdullayev deyib.

Onun sözlərinə görə, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusunun komandanı, bütün türk dünyasının qürur və fəxr ünvanı qəhrəman Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirlərinə ölkəmizdə və Türkiyədə yaşayan türklər tərəfindən sosial mediada da ciddi etiraz gəlməkdədir.

“Araz Əlizadədən bundan artığını gözləmək də olmazdı. Onun Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq dövlətimizin milli maraqlarına, suverenliyinə qarşı xəyanətkar mövqeyi olan və erməni separatizminə haqq qazandıran Leyla Yunus, Arif Yunus, Arzu Abdullayeva kimi zatı və qanı xarab olanlarla birgə fəaliyyətini heç kim unutmayıb.

Bu gün Amerikadakı erməni lobbisinin süfrəsindən qidalanan yunuslara, əlikramlara olan sevgisini ürəyində yaşadan Araz Əlizadələrin türkə, türkçülüyə, milliliyə münasibəti PKK-nın, ASALA-nın mövqeyidən heç də fərqlənmir. Onun bu mövqeyi erməni terrorbaşı Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyanı tərif edən Paşinyanın mövqeyinə daha yaxındır”- V.Abdullayev bildirib.
O əlavə edib ki, Azərbaycan və Türkiyə türklərini qan bağlılığı, genetik kod birləşdirir. “Azərbaycan və Türkiyənin zəngin tarixində, minillər tarixi olan hər qayasının, hər daşının üzərinə qardaşların hopmuş qanı vardır.
Tarixə qızıl hərflərlə həkk olunmuş 15 sentyabr Azərbaycanın şərəf tarixidir, zəfər bayramıdır. Nuru Paşanın igid əsgərləri ötən əsrin əvvəllərində öz qardaşlıq borclarını necə şərəflə yetirə yetirmişdilərsə, Çanaqqalada şəhid minlərlə azərbaycanlı öz can borcunu ödəmişdir.
... Hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir, özünün qanı-canı bilir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir. Prezident İlham Əliyevin çox dəqiq və möhtəşəm şəkildə ifadə etdiyi kimi “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.

100 il əvvəl olduğu kimi bu gün də Azərbaycan və Türkiyə ordusu bir yerdədir, birgə təlimlər keçirlər, çiyin-çiyinə düşmənə qarşı mübarizliyini, əzmkarlığını nümayiş etdirir.

Türkün heç vaxt nankora, satqına ehtiyaca olmayıb, araz əlizadə kimilərinə də əsla kiminsə ehtiyacı yoxdur. Biz türklər öz milli mənsubluğumuzla fəxr edirik.
Tarixini bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını bilməyən oğuldan kişi çıxmaz. Hələ də öz milli mənsubiyyətini tapa bilməyən Araz Əlizadə neçə ildir ki, ortaya nifaq salmağa çalışan qardaşlarının mahnısını ifa etməyə çalışır. Ancaq böyük şairimiz Fikrət Sadığın dediyi kimi, “biri elə çalır, biri belə çalır, biri də elə - belə çalır”. Araz Əlizadə də beləsindəndir.

Gərək hər kəs bildiyi mövzudan danışsın, bu zavallılar başa düşmürlər ki, bilmədiyi şeydən danışanda üfunətləri ətrafı bürüyür”./ölkə.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar