Sizin Reklam Burada
Xəbər lenti
15 noyabr
14 noyabr
BÜTÜN XƏBƏRLƏR

Əli İnsanov Müsavata gedəcək

Tarix: 02-11-2019 10:03     Baxış: 491 A- / A+
Əli İnsanov Müsavata gedəcək


Noyabrın 5-nə siyasətçilərin və ictimai xadimlərin dəyirmi masası təyin olunub. Tədbir saat 14-də Müsavat Partiyasının mərkəzi qərargahında başlayacaq. Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 23-də müxalifətin birliyi ideyasının, ölkədəki siyasi durumdan çıxış yollarının müzakirəsi üçün açıq dəyirmi masa keçirilməsini təklif edib.

O, dəyirmi masaya Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri, sabiq səhiyyə naziri Əli İnsanovu, “Turan” Agentliyinin direktoru Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.

Arif Hacılı oktyabrın 27-də sosial şəbəkədə bəyan edib ki, ölkədə yaranmış siyasi durumu dəyərləndirmək və vəziyyətdən çıxış yolları barədə müzakirələr aparmaq üçün dəyirmi masa keçirmək təklifi ilə müraciət etdiyi 8 siyasətçinin 5-dən müsbət cavab alıb, hələlik imtina edən olmayıb.

Noyabrın 1-də isə Müsavat başqanı sosial şəbəkədə bildirib ki, heç bir ilkin şərt irəli sürmədən, ölkədə mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaq, mümkün olarsa bəzi razılaşmaların təsdiqlənməsi məqsədi ilə nəzərdə tutulan dəyirmi masa noyabr ayının 5-də baş tutacaq.

Dəyirmi masaya dəvət alan AXP sədri Pənah Hüseyn noyabrın 1-də açıqlamasında bildirdi ki, toplantıda mütləq iştirak edəcək. Pənah Hüseyn onu da məlumat verdi ki, siyahıda adı qeyd olunan şəxslərin hamısı, o cümlədən Əli İnsanov Müsavatda keçiriləcək dəyirmi masaya gələcək: “Məndə olan məlumata görə, həm Əli İnsanov, həm də digər siyahıda adı olanlar, eləcə də ilk dəfə açıqlanan siyahıda adı qeyd olunmayan siyasətçilər də dəyirmi masaya qatılacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar