Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xaçmaz rayonunun yeni İcra başçısı bu şəxs ola bilər - DOSYE

Tarix: 31-10-2019 15:12     Baxış: 3512 A- / A+
Xaçmaz rayonunun yeni İcra başçısı bu şəxs ola bilər - DOSYE

Xəbər verdiyimiz kimi, Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayev istefa verib.

Manevr.az yeniavaz.com-a istinadən xəbər verir ki, Şəmsəddin Xanbabayev bu gün rayon İcra Hakimiyyətinin binasında iclas keçirərək işçilərlə vidalaşıb.
Verilən məlumatlarda həmçinin bildirilir ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni namizədin adı da məlumdur. Bildirilir ki, Şəmsəddin Xanbabayevin yerinə hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev təyin olunacaq.
1980-ci ildə anadan olan Elnur Rzayev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin əmri ilə bu vəzifəyə təyin edilib. O, bu təyinata qədər Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.
Elnur Rzayev əslən Qərbi Azərbaycanın Aşağı Şorca kəndindəndir. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment" ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi" ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə idarəetməsi" ixtisası üzrə təhsil alıb.
2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.
Ailəlidir, 3 övladı var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar