Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu barədə bir cümlə tapsınlar, mandatımdan imtina edəcəyəm" - DEPUTAT

Tarix: 30-10-2019 16:33     Baxış: 3131 A- / A+
"Bu barədə bir cümlə tapsınlar, mandatımdan imtina edəcəyəm" - DEPUTAT

“Mənim yaşı 70-dən yuxarı olan həmkarlarıma “deputatlığa namizədliklərini verməsinlər” sözünü deməyim, belə bir çağırış etməyim barədə bir cümlə belə tapıb göstərsinlər, deputat mandatından imtina edəcəyəm”.

Manevr.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, dövlət başçısının yaşı 70-dən yuxarı olan vəzifəli şəxslərin gənclərə yol açacağına ümidvar olduğunu söyləməsi ilə əlaqədar bəzi media orqanları ondan açıqlama alıb: “Məndən açıqlama alan mətbuat işçilərinə demişəm ki, bilmirəm, bu fikri Milli Məclisin deputatlarının hamısına aid etmək olar, ya yox. Çünki parlamentdə yuxarı yaş senzi yoxdur. Mən deməmişəm ki, yaşı 70-dən yuxarı olanlar deputatlığa namizədliyini verməsinlər. Demişəm ki, güman edirəm, bir qədər çətinlik çəkən, yaşı və xəstəliyi fəaliyyətinə mane olan deputatlar namizədliyini verməyəcək. Çox təəssüf edirəm ki, adımdan yayılan fikirlərin fərqli təqdim olunması deputat həmkarlarımın da mənə münasibətini pisləşdirib. Sizin vasitənizlə deputat həmkarlarıma da səslənirəm ki, “yaşı 70-dən yuxarı olan həmkarlarım deputatlığa namizədliklərini verməsinlər” fikrimi hardasa tapsalar, mandatımdam imtina etməyə hazıram”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar