Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İstefa vermiş Akif Əlizadə DANIŞDI: “Məmnuniyyətlə universitetdə dərs deyərəm”

Tarix: 26-10-2019 22:15     Baxış: 3129 A- / A+
İstefa vermiş Akif Əlizadə DANIŞDI: “Məmnuniyyətlə universitetdə dərs deyərəm”

“Akademiya Ramiz müəllim və Rəyasət Heyətinin rəhbərliyi ilə fəaliyyətini yüksək səviyyədə davam etdirəcək”.

Manevr.az xəbər verir ki, bu sözləri azedu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013-2019) Akif Əlizadə söyləyib.

Bir neçə gün öncə AMEA prezidenti vəzifəsinə xitam verilən akademik hazırda Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsində çalışır. Qeyd edək ki, Akif Əlizadə işdən uzaqlaşmaq üçün özü ərizə yazmış və buna səbəb olaraq, səhhət-yaş amilini göstərmişdi.

O, AMEA-nın qarşıda duran fəaliyyət prinsipləri haqqında fikirlərini bölüşüb:

“Güman edirəm ki, gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyası aktiv və dinamik şəkildə fəaliyyət göstərəcək. Bu fəaliyyət nəticəsində islahatlar apardığımız istiqamətlər daha də dərinləşəcək.

Akademiyanın qarşısında bir necə məsələ dayanır: Bunlardan ilki fundamental elmin inkişafıdır. İkincisi isə innovativ elmi və tətbiqi istiqaməti inkişaf etdirmək və bu inkişafı davamlı sürətdə həyata keçirməkdir. Çünki akademiyada fəaliyyət göstərən Texnoparkın gələcəyi olduqca parlaqdır. Texnopark fundamental tədqiqatları beynəlxalq arenaya aparmaq üçün çox böyük vasitə olacaq.

Akademiyanın beynəlxalq əlaqələri olduqca möhkəmlənib. Bu təməlin üzərində inkişaf həyata keçirilməlidir. Çünki elmin sərhəd və hüdudu yoxdur. Beynəlxalq aləmdə Azərbaycan elmini yüksək səviyyədə təmsil edən gənc alimlər yetişdirmək lazımdır. Nəhayət, kadr hazırlığı istiqamətində magistratura səviyyəsindən aktiv və dinamik şəkildə bəhrələnmək lazımdır. Bunlar möhtərəm Cənab Prezidentin dəstəyi ilə yaranan istiqamətlərdir. O, bütün bu istiqamətlərə dəstək verir. Hesab edirəm ki, bunların hamısı gələcəkdə də inkişaf etdiriləcəkdir”.

Qocaman akademik özünün bundan sonrakı elmi fəaliyyəti haqqında da danışıb. O, bundan sonra bütün diqqətini geologiya ilə bağlı elmi məsələlərə yönəldəcək:

“Mən hazırda AMEA-nın Geologiya və Geofizika İnstitutunda direktor vəzifəsini yerinə yetirirəm. Bizim qarşımızda çox mühüm geoloji problemlər dayanır. Ən çox rastlaşdığımız problem böyük dərinliklərdəki neft problemidi. Azərbaycan nefti iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir. Bu gün Azərbaycan nefti ölkəmizin inkişafına çox böyük dəstək verir və böyük imkanlar yaradır.

Neft geologiyası aktual və prioritet olaraq qalır. Biz geologiya və geofizikanın vəhdətindən istifadə edərək, onu inkişaf etdirməyi planlayırıq. İnstitutda uzun illər ərzində toplanan gözəl kolleksiyalar var. Bunlar geoloji və paleontoloji istiqamətləri əhatə edir. Biz geologiya elminin əsası olan paleontologiyanın yəni, keçmişdə yaşayan heyvanların qalıqlarını öyrənmək üçün böyük bir atlas yaradacağıq. Bu atlasda indiyə kimi əldə edilən bütün nümunələr olacaq. 2 və ya 3 cildlik paleontoloji atlas yaratmaq istəyirik. Həmin atlasları Azərbaycan, rus və ingilis dilində çap etdirməyi düşünürük. Çünki elmmetrik bazalar ingilis dilində fəaliyyət göstərir. Bu kimi bazalarda nəşrlərimizin olması Azərbaycan elminin təbliğinə yaxından kömək edir”.

Akif Əlizadə açıqlamasında həm də elmlə təhsilin vəhdətinin vacibliyindən, eləcə də gələcəkdə buna xüsusi diqqət etməyin əhəmiyyətindən də danışıb:

“Təhsil sahəsində Mikayıl Cabbarovla bərabər təhsil və elmin inteqrasiyasını həyata keçirməyə başladıq. Bu ideya cənab Prezident tərəfindən də dəstəkləndi. Hesab edirəm ki, təhsil və elmi bir-birindən ayırmaq olmaz. Onlar bir-biri ilə vəhdətdədir və can qardaşıdırlar. Gələcəkdə akademiyada aparılan reformaların ardı olaraq institutlar universitet fakültələri ilə birlikdə elm və təhsil mərkəzləri yaratmalı və bu da Azərbaycan təhsilinin və elminin inkişafına töhfə verməlidir”.

“Hər hansı universitetdən təklif alsanız, orada dərs demək istərdinizmi?” sualını akademik bu cür cavablayır:
“Məmuniyyətlə universitetdə dərs deyərəm. Gənclərlə işləmək və onlara tövsiyələr vermək istəyirəm. Lakin indi burada çox məsələləri nizamlamaq lazımdır. Mən istəyirəm ki, bir-iki il burada inkişaf prosesi ilə məşğul olum. Sonra isə Allah qismət etsə, universitetə gedib, və orada mühazirələr oxuyaram”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar