Sizin Reklam Burada
Xəbər lenti
14 noyabr
13 noyabr
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər” -ŞƏKİLLƏR

Tarix: 26-10-2019 15:06     Baxış: 346 A- / A+
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”

Azərbaycan İlahiyyat İnstitutunda “İslam iqtisadiyyatı: reallıqlar və perspektivlər” mövzusunda seminar təşkil olunub. Tədbir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzi (İQRAM) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin (MİİM) birgə təşkilatçılığı ilə keçirilib.

Giriş nitqi ilə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, belə tədbirin ali təhsil müəssisəsində keçirilməsindən məmnunluğunu ifadə edib. C.Məmmədov mövzunun aktuallığına diqqət çəkərək, ölkəmizin islam dəyərlərini daim qoruyub-saxladığını və təbliğ etdiyini bildirib. Bu dəyərlərin təməlində adət-ənənələr, milli mentalitet, mədəniyyət və digər zəngin keyfiyyətlərin dayandığını vurğulayıb. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atdığı uzaqgörən addımlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

C.Məmmədov daha sonra qeyd edib ki, belə tədbirlərin, seminarların, “dəyirmi masa”ların təşkil olunmasında məqsəd tələbələrimizin aktual olan məsələlər haqqında məlumatlandırılması, onların bilik və bacarıqlarının artırılmasıdır.

UNEC-in İqtisadiyyat kafedrasının dosenti, Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri Sərvinaz Xanlarzadə tədbirdə İslam iqtisadiyyatı və İslam bankçılığının əsas konsepsiya və vasitələri barədə ətraflı məlumatlar veriləcəyini bildirib. S. Xanlarzadə İslamın əsas məqsədinin yoxsulluğun aradan qaldırılması və insanların rifah səviyyəsinin artırılması olduğunu qeyd edib.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İRÖİB) sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev tədbirin keçirilməsinin başlıca məqsədləri barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, belə mövzularda tədbirlərin keçirilməsi İslam iqtisadiyyatına artmaqda olan marağa və bu marağı şərtləndirən amillərin açıqlanmasına gətirib çıxarır.

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslam iqtisadiyyatının nəzəri əsasları” mövzusunda çıxış edib. İslam iqtisadiyyatının qaynaqları, İqtisad elminə aid İslam hüququna xas xüsusiyyətlər və iqtisadi prinsiplərdən danışıb. “İqtisad” məfhumunun, İslam termini kimi, orta yol mənasında “qənaətcillik” demək olduğunu qeyd edib.

İRÖİB-nin sədri Ruslan Atakişiyev “İslam İqtisadiyyatında faizə münasibət” mövzusundakı təqdimatında faizsiz bankçılığın mahiyyəti, faizin milli gəlirin ədalətli bölgüsünə yaratdığı maneələr haqqında məlumat verib. Məruzəçi daha sonra bildirib ki, faiz kapital qoyuluşunda risklərin və maya dəyərinin artmasına səbəb olur. Faizin dərəcəsi məhsulun maya dəyərinə təsir etməklə, süni qiymət artımına, oradan da inflyasiyaya yol açır. Məruzəçi faizssiz bankçılığın tətbiq edilməsi prosesindən və inkişaf perspektivlərindən, həmçinin Azərbaycanda tətbiqindən də danışıb.

İQRAM MMC-nin vitse-prezidenti, AAOİFİ-nin Şəriət məsələləri üzrə auditoru və məsləhətçisi Anar Yusufzadə “İslam maliyyəsinə giriş” mövzusunda çıxış edib. O, İslam maliyyəsi və ənənəvi maliyyə sistemi; İslam bankçılığının hazırkı durumu haqqında geniş məlumat verib. A.Yusufzadə son zamanlar dünyada İslam maliyyəsinə artan marağı iştirakçıların nəzərinə çatdırıb.

Tədbirin sonunda İslam iqtisadiyyatı, maliyyə, bankçılıq və şərikli biznes sahəsinə aid kitab sərgisi keçirilib.

Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”
Aİİ-də “İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər”








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar