Xəbər lenti
Mirqasımovdan Mehdiyevə kimi - Akademiyanın bütün prezidentləri - DOSYE
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağında akademik Ramiz Mehdiyev qurumun yeni prezidenti seçilib.
Manevr.az xəbər verir ki, Ramiz Mehdiyev eyni zamanda AMEA-nın sayca 11-ci prezidenti olub.
Məlumat üçün bildirək ki, Azərbaycan Elmlər Akademiyası SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə yaradılıb. Akademiya 1932-35-ci illərdə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi, 1935-45-ci illərdə isə SSRİ EA Azərbaycan Filialı kimi fəaliyyət göstərib.
1945-ci ildə bu günə kimi Elmlər Akademiyasına rəhbərlik edən şəxslər bunlar olub:
1. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. 1945-ci ildə - 62 yaşında Elmlər Akademiyasının ilk prezidenti seçilib. Vəzifəsini 1947-ci ilə kimi (2 il) davam etdirib. M.Mirqasımov 19 iyul 1958-ci ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
2. Məmmədəliyev Yusif Heydər oğlu 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. 1947-ci ildə - 42 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 1950-ci ilə kimi (3 il) davam etdirib. 1958-ci ildə 2-ci dəfə Elmlər Akademiyasının prezidenti seçilib və 1961-ci ilə kimi (3 il) bu vəzifədə olub. Y. Məmmədəliyev 1961-ci ildə vəfat edib.
3. Əliyev Musa Mirzə oğlu 1908-ci ildə Şamaxı şəhərində anadan olub. 1950-ci ildə - 42 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 1958-ci ilə kimi (8 il) davam etdirib. Musa Əliyev 1985-ci ildə Moskvada vəfat edib, Bakıda dəfn olunub.
4. Xəlilov Zahid İsmayıl oğlu 1911-ci il fevralın 14-də Tiflis şəhərində anadan olub. 1961-ci ildə - 50 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 1967-ci ilə kimi (6 il) davam etdirib. Zahid Xəlilov 1974-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.
5. İsmayılov Rüstəm Hacıəli oğlu 1909-cu il iyulun 1-də Bakı şəhərində anadan olub. 1967-ci ildə - 58 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 1970-ci ilə kimi (3 il) davam etdirib. Rüstəm İsmayılov 1972-ci ildə Bakıda vəfat edib.
6. Abdullayev Həsən Məmmədbağır oğlu 20 avqust 1918-ci ildə Naxçıvan MR-də anadan olub. 1970-ci ildə - 58 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 1983-cü ilə kimi (13 il) davam etdirib. 1 sentyabr 1993-cü ildə Bakı şəhərində vəfat edib.
7. Salayev Eldar Yunus oğlu 1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində anadan olub. 1983-cü ildə - 50 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 1997-ci ilə kimi (14 il) davam etdirib. Hazırda 86 yaşı var...
8. Maqsudov Fəraməz Qəzənfər oğlu 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olub. 1997-ci ildə - 67 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 2000-ci ilə kimi (3 il) davam etdirib. Akademik Fərəməz Maqsudov 2000-ci ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.
9. Kərimov Mahmud Kərim oğlu 18 oktyabr 1948-ci ildə keçmiş Ermənistan SSR, İrəvan şəhərində anadan olub. 2000-ci ildə - 52 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 2013-cü ilə kimi (13 il) davam etdirib. Mahmud Kərimov 2013-cü ildə vəfat edib.
10. Əlizadə Akif Ağa Mehdi oğlu 1934-cü ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə - 79 yaşında Elmlər Akademiyasının prezidenti seçilib. Vəzifəsini 2019-cu ilə kimi (6 il) davam etdirib. Hazırda 85 yaşı var...
11. Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 2019-cü ildə - 81 yaşında Elmlər Akademiyasının sonuncu prezidenti seçilib...yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar