Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat büdcədə şişirdilmiş rəqəmlərə qarşı çıxdı

Tarix: 22-10-2019 18:40     Baxış: 3157 A- / A+
Deputat büdcədə şişirdilmiş rəqəmlərə qarşı çıxdı

Milli Məclis olaraq Prezidentə dəstək olmalıyıq ki, büdcə ilə bağlı şişirdilmiş rəqəmlər təqdim olunmasın.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Hesablama Palatası hansı obyektə nə qədər vəsait ayrılması ilə bağlı rəqəmləri təqdim etmir.

Q.Həsənquliyev əlavə edib ki, Nazirlər Kabineti büdcə ilə bağlı məlumatları Milli Məclisə verərkən parlament buna diqqətlə baxmalıdır.

“Əgər orada lazımi rəqəmlər yoxdursa, sənədi geri qaytarmalıyıq”.

Qeyd edək ki, oktyabrın 15-də Prezident yanında keçirilən müşavirədə ölkə başçısı büdcə ilə bağlı şişirdilmiş rəqəmlərdən danışıb.

“Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər?

Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər.

O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”, - deyə Prezident qeyd edib.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar