Sizin Reklam Burada
Xəbər lenti
15 noyabr
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda alimlərdən YENİLİK: Ansambl yaradıb oxumağa başlayacaqlar

Tarix: 15-10-2019 17:53     Baxış: 338 A- / A+
Azərbaycanda alimlərdən YENİLİK: Ansambl yaradıb oxumağa başlayacaqlar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.

AMEA-dan Azərtaca-a bildirilib ki, iclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq rəhbərlik etdiyi qurumun 2019-cu ildə gördüyü işlərdən danışıb. Bildirib ki, ötən dövr ərzində akademiya əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçirilib, mütəmadi ərzaq yarmarkaları təşkil olunub, teatrlara, istirahət düşərgələri və sanatoriyalara göndərişlər verilib, aztəminatlı ailələrə ərzaq paylanılıb.

Habil Qurbanov cari ildə əməkdaşların asudə vaxtlarını səmərəli keçirmələri üçün “Akademiya şəhərciyi”nin həyətində AHİ-nin maliyyə dəstəyi ilə hazırlanan voleybol və basketbol meydançasının istifadəyə verildiyini söyləyib. O, bu idman növlərinin 2020-ci ildə AMEA-nın ilk təşkilatları arasında keçiriləcək III Spartakiadaya salınmasının nəzərdə tutulduğunu vurğulayıb.

AHİ-nin sədri, həmçinin AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasının planlaşdırıldığını bildirib.

İclasda daha sonra AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev Xızı Dayaq Məntəqəsində akademiya əməkdaşlarına paylanılan torpaq sahələrindən istifadəyə nəzarətin gücləndirilməsi barədə çıxış edib. Bildirib ki, akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkili məqsədilə AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb. O, ərazidə aparılan işlərin Rəyasət Heyətinin iclasında təsdiqlənmiş “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənədə əsasən həyata keçirildiyini deyib. Diqqətə çatdırıb ki, ötən müddət ərzində ərazidə xəritələnmə işləri aparılaraq torpaqlar paylanılıb, giriş yolu salınıb, su quyuları qazılıb, müəyyən hasarlanma işləri həyata keçirilib. Hazırda ərazidə relyefə uyğun ağaclar əkilməsi planlaşdırılır.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar