Sizin Reklam Burada
Xəbər lenti
15 noyabr
BÜTÜN XƏBƏRLƏR

Tanınmış media nümayəndələri Prezidentə MÜRACİƏT ETDİLƏR

Tarix: 15-10-2019 14:37     Baxış: 337 A- / A+
Tanınmış media nümayəndələri Prezidentə MÜRACİƏT ETDİLƏR

Ötən il məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli sosial şəbəkələrdə onun səhhətinin ağırlaşması barədə məlumat yayıb.

Vəkil Ə.Muxtarlının həbsdən azad edilməsi məsələsini “hakimiyyətin yadına salınması və ictimaiyyətin diqqətində saxlanılmasını” vacib bilir:

“Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. Sentyabr ayının əvvəllərində penitensiar xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir.
Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələri bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar dəbdən düşüb.
Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyinin bərpası günü qeyd olunacaq.
Bu bayram münasibətilə Ə.Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinə, uşaqlarına bayram töhfəsi olardı. Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”.
Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulur, Azərbaycan ictimaiyyətini də onu dəstəkləməyi səsləyir. Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində belə bir addım atmağa xahiş edirlər və bunun bütünlüklə ölkədəki mühitin də sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildirirlər.pressklub.az


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar