Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyatımızın Məcnunu və onun yeni şeirlər kitabı: "Sevdalı ömür yaşadım"

Tarix: 14-10-2019 12:15     Baxış: 3305 A- / A+
Ədəbiyyatımızın Məcnunu və onun yeni şeirlər kitabı: "Sevdalı ömür yaşadım"

Gözəl şair, nüfuzlu alim, ölkənin sayılıb-seçilən ziyalılarından biri, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Qızıl kəlmə”, “Qızıl qələm”, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Araz” və sair mükafatların lureatı Rafiq Yusifoğlunun təzə kitabını vərəqləyəndə nədənsə yadımıza onunu neçə il bundan əvvəl müsahibə verərkən söylədiyi bu sözlər düşdü: “Mən bütün ömrümü, həyatımı şeirə, sənətə, ədəbiyyata, onun tədqiqinə və təbliğinə həsr etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat mənim Leylimdi, mən onun Məcnunu”...

Doğrudan da, Rafiq Yusifoğlu “Sevdalı ömür yaşadım” deməyə tam haqqı olan bir insandır. Bunu onun keçdiyi şərəfli ömür yolu və yazdığı müxtəlif janrlı əsərlər təsdiqləyə bilər. Onu yaxından tanıyan, yaradıcılığından xəbərdar olan bütün insanlar təsdiqləyə bilər ki, Rafiq Yusifoğlu ömrü boyu sevilən insan, ziyalı, pedaqoq, şair, alim olmuşdur.

Mən sevdalar diyarında
Olub ulu şah yaşadım!
Bir kimsəyə əyilmədim,
Ömrüm boyu şax yaşadım!

Az dodaqdan söz çəkmədim,
Az ocaqdan köz çəkmədim,
Gözəllərdən göz çəkmədim,
Edib yüz günah yaşadım.

Yarı yalan, yarı doğru,
Hey can atdım yara doğru.
Ürəyimdə nisgil, ağrı,
Dodağımda ah yaşadım.

Danışanda sözüm güldü,
Nəfəsinlə közüm güldü,
Həmişə bir gözüm güldü, –
Gah ağladım, gah yaşadım...

Qonaq çağır yar, odana!
Alovlanım yar oduna!
Ömrüm boyu Yaradana
Aparıb pənah yaşadım...


Bu misralarda şair öz daxili dünyasını əks etdirə, keçdiyi ömür yolunun səciyyəvi cizgilərini bədii sözlə əks etdirə bilmişdir.
Rafiq Yusifoğlunun “Sevdalı ömür yaşadım” kitabına onun ömrünün ixtiyar çağında, son iki ildə yazdığı şeirlər toplanmışdır. Bu şeirlərdə müdrik insanın həyat və cəmiyyət, vətən, təbiət, sevgi haqqında bənzərsiz düşüncələri öz əksini tapmışdır.
Kitabdakı şeirlər mövzularına uyğun şəkildə “Hikmət xəzinəsi”, “İşaran həsrət közləri”, “Düşüncələr”, “İstanbullu sətirlər”, “Amerika dəftərindən”, “Bodrumda düşüncələr”, “Sevgi qəfil gələn selə bənzəyir”, “Təmsillər və tikanlı misralar”, “Rus və alman dilinə tərcümə edilmiş şeirlər” bölmələri altında toplanmışdır. Şeirlərin hamısı fikir, məna yüklüdür. Deyim tərzinin gözəlliyi, mükəmməl bədii sənətkarlıq bu əsərlərin təsir gücünü qat-qat artırır.
Ümid edirik ki, Rafiq Yusifoğlunun əvvəlki əsərləri kimi “Sevdalı ömür yaşadım” kitabını da ədəbi ictimaiyyət və oxucular maraqla qarşılayacaqlar. Ömrünün 70-ci baharını qarşılamaq ərəfəsində olan qüdrətli şairimizə, “ədəbiyyatımızın Məcnunu”na möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Manevr.az.
Ədəbiyyatımızın Məcnunu və onun yeni şeirlər kitabı: "Sevdalı ömür yaşadım"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar