Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
BÜTÜN XƏBƏRLƏR

“XƏZAN” jurnalının OKTYABR sayı çapdan çıxdı

Tarix: 09-10-2019 19:04     Baxış: 2490 A- / A+
“XƏZAN” jurnalının OKTYABR  sayı çapdan çıxdı“XƏZAN” jurnalının oktyabr (2019) sayı çapdan çıxıb.

Manevr.az-ın məlumatına görə 122 səhifəlik jurnalın oktyabr sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Redaktor guşəsində çox ciddi bir problemə işıq salınmışdır. Müəllif müstəqillik dövründə elm adamlarının tariximizlə, dilimizlə bağlı görməli olduğu işlər barədə nəzər-diqqəti cəlb etməyə çalışmış, 2008-ci ilin “ədəbi yekunu”nu vurmuş AMEA Ədəbiyyat İnstitutunun konkret olaraq gördüyü işlərdən bəhs etmişdir.
Nəsr bölməsində Xaliq Azadinin “Məhəbbətin gözü kor deyil” povesti və Meyxoş Abdullahın, Camal Zeynaloğlunun, Əli bəy Azərinin, Ataqamın, Həmzə Əvəzoğlunun bir-birindən maraqlı hekayələri yer almışdır.
Poeziya həvəskarları Aynur Yasəmən, Damət Salmanoğlu, Ülvi Ələkbərzadə, Yadigar Təvəkkül, Hafiz Əlimərdanlının, Rəhman Bayram, Şahməmməd Dağlaroğlu, Ələsgər Talıboğlu, Bəxtiyar Abbas İntizar, Rafiq Ağa Qafar, Esmira Günəş, Solmaz Şirvanlı, Əbülfəz Əhməd, Zaur İlhamoğlu, İltimas Səmimi, Xəyal ZeynalLeylam Leylamın yeni şeirləri ilə tanış ola bilərlər.
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyevanın “İsmayilli torpağinin sadə, səmimi oğlu – Dağlaroğlu, elin şair oğlu” məqaləsi (əvvəli jurnalın ötən sayında dərc olunmuş məqalə (monoqrafiya da adlandırmaq olar) İsmayıllı rayonunda yazıb-yaradan şair Şahməmməd Dağlaroğlunun yaradıcılığından bəhs edir. Məqalədə şairin Azərbaycan poeziyasına gətirdiyi yeniliklərdən söhbət açılır ki, onlardan da biri İsmayıllı ədəbi mühiti tərəfindən şair Oqtay İsmayıllının təklifi ilə “Şah təcnisi” adlandırılan təcnisdir.
Pedaqoji elmlər doktoru Həsən Bayramovun “Bizi Umudsuz Qoyma”nın ümidli çağırışları” məqaləsində yazıçı Əli bəy Azərinin “Bizi Umudsuz qoyma” hekayələr, ədəbi tənqidçi Vaqif Osmanovun “Mən bal yığan arıyam” məqaləsində isə şair Saqif Qaratorpaqın “Üç addım” şeirlər kitablarındakı əsərləri təhlil olunmuşdur.
Polkovnik-leytenant Bəxtiyar Əliyevin “Nəsillərə nümunə kimi yaşanan ömür” oçerki Əfqanıstan və Qarabağ müharibəsi veteranı Respublika Veteranlar Təşkilatı Nərimanov rayon şöbəsinin sədri polkovnik Elşad Şabanovun keçdiyi döyüş yolu haqqındadır.
Yadigar Təvəkkülün “Həyat özü bir nağıldır” elegiyasında uşaqlıqdan yeniyetməliyə gedən yolda naməlum səbəbdən işıqlı dünyaya əbədi göz yummuş balaca Elcanın qurduğu xəyal dünyasından ürəksızladan nağıl nəql olunur.
“Oxucu sözünün ifadəsi” rubrikasında Xaliq Məmmədovun “Mən oxucuyam” məktub-məqaləsi yerləşdirilib ki, burada da çoxlu mətləblərdən, xüsusən də ədəbi mühitdə baş verənlərdən, inkişafa xidmət göstərməli tənqiddən və bataqlıqda çabalamaqda davam etdirən təhqir və yalançı təriflərdən bəhs olunur.
Beləliklə, “Xəzan” jurnalının növbəti nömrəsini də ədəbiyyat sahəsində atılmış növbəti uğurlu addımlardan biri hesab etmək olar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar