Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir: “Mən o heykəlləri Bakıda qoya bilmərəm..."

Tarix: 09-10-2019 11:55     Baxış: 3217 A- / A+
Nazir: “Mən o heykəlləri Bakıda qoya bilmərəm..."

Mən inanıram ki, bu güllələnmiş heykəllər gec-tez öz yerlərinə qayıdacaq.

Manevr.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev Bülbülün, Xan qızı Natəvanın və Üzeyir bəyin güllələnmiş büstlərinin Şəhidlər Xiyabanına, yaxud şəhərin mərkəzi parklarından birinə qoyulması təklifinə münasibət bildirərkən musvat.com-a geniş müsahibəsində deyib.

Nazir məsələyə iki rakursdan yanaşdığını deyib:

"Birinci yanaşmam budur ki, heykəlləri bu şəkildə şəhərin bir yerində qoymaq düzgün olmaz. İntəhası, muzeyə gələn adamlar mütləq onları görürlər. Artıq bu heykəllər Natəvanın, Üzeyir bəyin və Bülbülün heykəlləri deyil. Bunlar erməni faşist quldurluğunu və vəhşiliyini təcəssüm etdirən heykəllərdir. Mən o heykəlləri Bakıda qoya bilmərəm! Çünki bu, erməni ideologiyasına bir heykəldir. Düzdür, biz onlara etiraz kimi baxırıq. Amma bu heykəllər artıq güllələnib, ermənilər tərəfindən”.

Əbülfəs Qarayev sözügedən heykəllərin muzeyin qarşısında olmasını məqsədəuyğun hesab edib:

"Müxtəlif fikirlər var. Bir vaxtlar bunlar bilinməyən yerlərdə idi. Sonradan biz onları yenidən qurulmuş muzeyin həyətinə qoyduq. Hər 18 sentyabrda, musiqi günündə orada ictimaiyyətin iştirakı ilə tədbirlər keçiririk, diqqəti cəlb edirik. Yenə deyirəm, bu heykəllər erməni faşist ideologiyasının və vəhşiliyinin heykəlidir. Mən onu başqa yerdə görmürəm”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar