Sizin Reklam Burada
Xəbər lenti
22 oktyabr
21 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Elinanın intiharı ilə bağlı işdən çıxarılan psixoloqdan sensasiyalı müsahibə (VİDEO)

Tarix: 06-10-2019 18:47     Baxış: 439 A- / A+
Elinanın intiharı ilə bağlı işdən çıxarılan psixoloqdan sensasiyalı müsahibə (VİDEO)

162 saylı məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təhsil müəssəsinin keçmiş psixoloqu Könül Ağayeva ilk dəfə danışıb.

Manevr.az bildirir ki, K. Ağayeva məktəbdəki hadisələr, intihar günü və intihardan sonra baş verənlər barəsində "Toplum TV-yə müsahibə verib.
Məktəbin keçmiş psixoloqu bildirib ki, hadisə baş verən gün o, Elinanın dindiriliyi otağa buraxılmayıb və, ümumiyyətlə, hadisələrdən kənar saxlanılıb:

"Elinanın intihar etdiyi müəllimlərdən eşitdim. Mən inanmadım. Koridora düşdüm. Koridordan katibənin otağına girirsən, katibənin də otağından qapı var, direktorun kabinetinə girirsən. Koridorda iki nəfər gördüm: biri tibb bacısı idi, biri də katibə.Katibənin otağının qapısı bağlı idi. Çöldə durmuşdu. Bunu müşahidə kameralarını açıb baxsalar, görəcəklər ki, mən düz danışıram. Mən yaxınlaşdım, hadisəni dedi. Dedi ki, özünü üçüncü mərtəbədən atıb. İçəridədir, içəri də adamlar var. Soruşdum ki, kim var içəridə. İkisi də üzlərini o tərəfə çevirdilər. Mənə heç nə demədilər. İçəri keçmək istədim, dedi ki, olmaz, Könül müəllimə. Gördüm ki, Tünzalə müəllim gəlir, direktorun müavini idi. Çıxdı, müəllimlər otağına girdi. Soruşdum ki, vəziyyəti necədir. Konkret şəkildə mənə dedi ki, aşağıda hər şeyə Sevinc müəllimə (məktəbin direktoru-red.) nəzarət edir, hər yerə də məlumat ötürmüşük, narahat olma...

Lalə müəllim (direktor müavini –red) məni nə hadisə vaxtı otağa daxil olmağa, nə də xəstəxanaya yaxın qoydu. Ümumiyyətlə, o hadisələrdən tam şəkildə məni kənarda tutub”.
Elinanın intiharı ilə bağlı işdən çıxarılan psixoloqdan sensasiyalı müsahibə (VİDEO)

Baş verənlərdə adı hallanan K. Ağayeva qeyd edib ki, yalnız Əməkdar artist Röya Ayxanın sosial şəbəkədəki paylaşımından sonra şübhələr onun üzərindən götürülüb:

"Sosial şəbəkədə haqqımda məlumat çıxdı ki, Könül Ağayeva direktorun həyat yoldaşı ilə bərabər otaqda Elinanı yaralı vəziyyətdə dindirib. İnanırsınız, mən nə vəziyyətə düşdüm... Bu, yalnız, səhv etmirəmsə, Röyanın (Əməkdar artist Röya Ayxan –red.) sosial şəbəkədə "Bu, psixoloqun səsi deyil, bu, Xalidə xanımın səsidir” açıqlamasında sonra Xalidə xanım prokurorluğa çağrıldı və belə şəkildə açıqlama verdi ki, bəli, mən danışdırmışam”.

K. Ağayeva hadisədən bir müddət sonra məktəbin direktoru Sevinc Abbasovadan ismarıc aldığını və evinə dəvət olunduğunu bildirib:

"Ona yazdım ki, gəlməyəcəyəm. Dedi ki, oturub vəkillərimizlə görüşəcəyik. Deyəcəyik ki, bu belə olub, bu belə. Yönləndirmə prosesində mənə nə deyəcəkdirsə, bilmirəm. Konkret şəkildə razılıq vermədim, getmədim. Dedim ki, mən əvvəldən sizinlə deyildim, axıradək də sizinlə deyiləm.

Sonra iyunun 15-də bir də yazdı. Günahı hansısa pedofilin üstünə atırdı. Başa düşmədim. Votsapda zəng etdi mənə. Dedi ki, məndə günah yoxdur, siz məni dəstəkləməlisiniz, mən bəraət almalıyam və biz məktəbə qayıtmalıyıq. Yəni, mənim də orada onu dəstəkləməkdə marağım olsun.

O, son dəqiqələrədək, mən ayın 19-u məhkəməyə girənə qədər, elə bildi ki, mən də onun bəzi yönləndirdiyi müəllimlər yönələcəyəm, amma mən yenə öz fikrimdə qaldım”.

Məktəbin keçmiş psixoloqu Elinanın bir müddət əvvəl də intihara cəhd etməsindən söz açıb:

"O qızın orada, lezva məsələsində istəyi o idi ki, "Mənim məktəbimi dəyişin”. O, onu orada dedi. Necə ola bilər ki, onu otaqda bir dənə mən eşitdim. Digər şəxslər hamısı eşidib, sadəcə olaraq, direktorun yönləndirməsidir ki, bunu deməyin. Onun məktəbi dəyişdirilsəydi, bu hadisə baş verməyəcəkdi. Direktoru onu yerinə yetirmədi. Bu gün də onu etiraf etmir”.

Xatırladaq ki, inithar hadisəsindən bir neçə gün sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova, tərbiyə işləri üzrə direktorun müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və məktəbin psixoloqu Könül Ağayeva işdən Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən işdən çıxarılıb.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar