Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Cənnətdə qəsri ucalan adam

Tarix: 03-10-2019 14:42     Baxış: 2524 A- / A+
Cənnətdə qəsri ucalan adam

Onun barəsində keçmiş zamanda danışmaq, təkcə öz ailəsi üçün çətin deyil... Bu gün gənc Leyla üçün yəqin ki, həyatının ən unudulmaz günlərindən biri olaraq qalacaqdı. Düzdür, Leyla dayanmadan ağlayırdı və yəqin ki, hələ ömründə bu qədər için-için ağlamamışdı. Heç bir gün əvvəl əməliyyat otağının qarşısında saatlardır var-gəl edən anası da qızının göz yaşlarını quruda bilmirdi. Axı 17 il əvvəl balaca bir ehtiyatsızlıq Leylanın illərlə adamlardan gizlənməsinə, özünə qapanmasına gətirib çıxarmışdı.

O gün onun üstünə dağılan qəhvədan Leylanın üzünü eybəcərləşdirməmişdi, qaynar su onun ömrünün 17 ilini eybəcərləşdirmiş, qızı, necə deyərlər həyatdan küsdürmüşdü. Qızını illərlə həkim-həkim gəzdirən ana, elə bir gün əvvəl əməliyyat otağının qarşısında var-gəl edəndə də nəticəyə çox ümid etmirdi. Qızının həyatını qaraldan bu çapıqlar düzələcəkdimi?

Amma bu gün Leyla güzgüyə baxdıqca ağlaya-ağlaya gülürdü, ürəkdən gülürdü. Və bu sevincli gözyaşı selinin səbəbkarı Allah olsa da, vasitəçisi, hamının hörmətlə “Həmzə doxtur” çağırdığı cərrah Həmzə Əzizbəyov idi...

Həmzə Əzizbəyov 1961-ci ildə Gürcüstanın Sadaxlı kəndində anadan olub. Orta məktəbi Gürcüstanda bitirdikdən sonra Tibb Universitetində oxumaq üçün Bakıya gəlib. Uşaq cərrahiyyəsi kafedrasında çalışıb. Neçə-neçə elmi işlərin, məqalələrin müəllifi idi.

Ölkəmizdə minlərlə adama kömək edib Həmzə doktor - həm uşaq cərrahı kimi, həm də böyük. Azərbaycanda sırf uşaqlarda yanıq üzrə yeganə mütəxsəssis-cərrah olub. Cərrahlar bilər bunun nə demək olduğunu: bu kişi bədəninin 70-80 faizi yanmış uşaqlara və ümumən xəstələrə kömək edir və sağaldıb ayağa qaldıra bilirdi. Bu gün Həmzə həkimin barəsində keçmiş zamanda danışmaq, təkcə onun ailəsi üçün deyil, 5 saylı Klinik Xəstəxananın Yanıq şöbəsinin bütün kollektivi, tanışları və xəstələri üçün çox çətindir. Baxmayaraq ki, sabah aramızdan ayrılmasının 40 günü tamam olacaq...

Qəlbi həyat eşqi ilə dolu olan Həmzə doxtur 3 il əvvəl biləndə ki, onu arıqladan, haldan salan bəla nədir, yenə də çox əhəmiyyət vermir, ona “ciddi müalicə alın” deyənlərə “boş şeydir, düzələcək” deyirdi. Fikri-zikri onun əllərindən şəfa gözləyən xəstələrin yanında idi, elə hey “çıxacam bu vəziyyətdən, yenə də gəlib əməliyyatlarımı edəcəm” deyirdi. Yalnız indi onu əhatə edən insanlar da başa düşürlər ki, o, bu sözlərlə ətrafındakılara təsəlli verir, onlara fikir çəkməyə, ürəklərində ona acımalarına imkan vermirdi.

Həmzə həkim haqqında “daha yoxdur” xəbərinə münasibətləri oxuyuram sosial şəbəkələrdə. Onu tanıyanlar, haqqında eşidənlər başsağlığı verirlər. Bir nəfərin yazdığı adi bir söz nəzərimi daha çox cəlb etdi: Allah sorğu-sualını asan eyləsin!

“Allah bir yetimin, bir uşağın ağlamağını kəsən adamın Cənnətdə qəsrini ucaldar”, - deyilir bir hədisdə. Həmzə həkim uşaqlı-böyüklü neçə-neçə insanın göz yaşlarını qurudub və mənə elə gəlir ki, o, sorğu-suallara, ən azı onların çox hissəsinə bu dünyada cavab verib, sonra gedib. Gedib ki, Cənnətdəki qəsrinə yerləşsin!

Bu cümlələri yazanda pəncərədən azan səsi gəlirdi. Sanki, dediklərimin təsdiqi idi...

Ülviyyə Zeynalova,
bir çox əməliyyatlarda Həmzə Əzizbəyovla birgə çalışmış cərrah


Manevr.az
Cənnətdə qəsri ucalan adam

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar