Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib -ŞƏKİLLƏR

Tarix: 02-10-2019 21:31     Baxış: 2599 A- / A+
Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib

Şair, yazıçı-publisist, tərcüməçi Süleyman Hüseynovun 70 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib.

Manevr.az-ın məlumatına görə Azərbaycan Yazıçılar Birliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə yubiliyarın mühəndis həmkarları, qələm dostları, ictimaiyyət nümayəndələri, oxucular və digər qonaqlar iştirak edib. Maraqlı səhnəciklə başlayan tədbir qonaqlarda xoş əhval yaradıb. Tədbir Əməkdar artisti Cəlal Məmmədovun aparıcılığı ilə davam edib. O, Süleyman Hüseynovun yaradıcılğı haqqında geniş məlumat verdikdən sonra çıxış üçün sözü Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədova verib. T.Səmədov qonaqları və yubiliyarı salamladıqdan sonra İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun yazarlara olan diqqət və qayğısından, onlar üçün yaradılan şəraitdən danışıb.Çıxışın sonunda birinci müavin icra başçısı və nümayəndəliyi adından yubiliyara təbrik ünvanlayaraq, hədiyyələr təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi şair Dayandur Sevgin, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Respublika Mədəniyyət Işçiləri Həmkarlar Ittifaqı Sumqayıt şəhər Kоmitəsinin sədri,şair Əşrəf Veysəlli, Bakı Slavyan Universitetinin dosenti Fikriyyə Muradova, “Exo Sumqayıt” qəzetinin baş redaktoru Eyruz Məmmədov, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli yubliyarı təbrik edib ona xoş arzularını çatdırıblar.
Yubilyarın qardaş ölkələrdən təşrif edən dostları , Daşkənd "Sredazsvetmetenerqo" Səhmdar Cəmiyyətinin baş direktoru Mixail Kostetski, Tacikistanın sabiq müdafiə sənayesi naziri, millət vəkili Qnaforxo Muxiddinov da təbriklərə qoşularaq şairə Asiya milli geyimi və müxtəlif hədiyyələr təqdim ediblər.
Tədbir boyunca Azərbaycan Respublikasının əməkdar artisti Nahidə Orucova, Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə Səfərova, İzaməddin Bağırov, Sabir Sarvan adına “Uşaq Poeziya klubu”nun üzvləri Cavidan Mirzəzadə, Aynur Kərimova,42 saylı məktəbin şagirdi Nisə Cəllili, Xəzər rayonu, Binə qəsəbəsi, 218 saylı tam orta məktəbin şagirdi Mədinə Hümbətova şairin şeirlərindən nümunələr səsləndirərək gecəyə gözəllik qatıblar.
Süleyman Hüseynovun Qarabağ mövzusuna həsr etdiyi “And” romanından bir parça nümayiş etdirən Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə SəfərovaOktay Mehdiyevin ifası təsirli və yaddaqaln olub.Tədbirə rəng qatan daha bir ifa isə Azərbaycan Aşıqlar Birliyinin üzvü Əfsanənin oldu .
Sonda yubliyara söz verildi. Səbəbkar tədbirin təkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək, yeni şeirlərini səslndirdi.

Sevinc Qərib
Manevr.az
Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib

Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib


Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib
Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar