Sizin Reklam Burada
Xəbər lenti
15 oktyabr
14 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Mikayıl Müşfiqin büstü yeni formada - VİDEO

Tarix: 02-10-2019 20:10     Baxış: 429 A- / A+
Mikayıl Müşfiqin büstü yeni formada - VİDEO



Ötən gün sosial şəbəkələrdə Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin büstünün aşırılması ilə bağlı görüntülər yayılıb.


Bu görüntülər sosial şəbəkə istifadəçiləri arasında narahatlığa səbəb olub. Onlar büstün belə dağıdılmasını şairin ruhuna hörmətsizlik kimi qəbul ediblər.

Xəbərin izinə düşüb büstün yerləşdiyi paytaxtın Qaradağ rayon ''Müşfiqabad'' qəsəbəsinə getdik. Məlum oldu ki, əslində məsələ sosial şəbəkədə müzakirə edildiy kimi deyil. Görkəmli şairin büstü, adına olan mədəniyyət və istrahət parkında aparılan yenidənqurma işləri çərçivəsində götürülüb.

Rayon icra hakimiyyətinin qəsəbə nümayəndəsi Coşqun Bayramovun sözlərinə görə, büstün içi boş olduğundan onu başqa cür götürmək mümkün deyildi. Bu səbəbdən də büst təhlükəsizlik tədbirləri görülməklə aşırılıb. Əvəzində isə parka mərmərdən və daha müasir elementlərlə işlənən büst qoyulub.

Qeyd edək ki, Mikayıl Müşfiqin büstü olan parkda da yenidən qurma işləri sürətlə aparılır. Ağır texnikanın vasitəsi ilə əvvəlki büstün sökülən daşlarıyük avtomobillərinə yığaraq ərazidən daşınır. Səki daşları yenilənir və park abadlaşdırılır.Onu da qeyd edək ki, park bu ayın 15-də sakinlərin tam istifadəsinə veriləcək.

Sözügedən hadisə ilə bağlı Mədəniyyət nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, sentyabr ayında Qaradağ Rayonu İcra Hakimiyyəti Mədəniyyət Nazirliyinə müraciət edərək həmin parkda əsaslı təmir işlərinin aparılması və bunun üçün orada heç də yaxşı görkəmdə olmayan, yararsız vəziyyətdə olan büstün yerinə qranit materialdan yeni və keyfiyyətli büstün hazırlanıb qoyulması ilə bağlı müraciət olub. Və bu müraciətə müsbət cavab verilib. İntiqam Hümbətov əlavə edib ki, həmin büstün tarixi abidə olması ilə bağlı iddialar da əsassızdır.









Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar