Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ziya Məmmədov ona aid olduğu deyilən şeirlər haqqında DANIŞDI - YENİLƏNİB

Tarix: 01-10-2019 19:45     Baxış: 3226 A- / A+
Ziya Məmmədov ona aid  olduğu deyilən şeirlər haqqında DANIŞDI - YENİLƏNİB

Bu gün mətbuatda və sosial şəbəkələrdə Azərbaycanın sabiq Nəqliyyat naziri Ziya Məmmədovun müəllifi olduğu deyilən şeirlər paylaşılıb.

Manevr.az xəbər verir ki, unikal.org saytı məsələylə bağlı eks-nazirə zəng vurub.

O, heç vaxt şeir yazmadığını qeyd edib:

"Mənim şeirlər yazmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən, ümumiyyətlə, bu zamana qədər heç vaxt şeir yazmamışam. Həmçinin Ziya Hafiz təxəllüsü götürdüyüm də yalandır".

***12:09
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlərdən bir neçəsini əldə etmişik.

Manevr.az xəbər verir ki, keçmiş nazirə aid olduğu deyilən şeirləri onun yaxın çevrəsində olanlardan biri qaynarinfo-ya təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl 67 yaşlı sabiq nazirin ibadətlə məşğul olduğu, mütəmadi olaraq “Quran”ı mütaliə etdiyi və ara-sıra şeirlər yazdığı barədə verdiyimiz xəbər öz təsdiqini tapmışdı..

Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsinin əlindən çıxmasına dair iddialar dolaşır.

Sabiq "nəqliyyat şefi"nin Ziya Hafiz imzasıyla yazdığı şeirlərdən bir neçəsini təqdim edirik:


Nəsihət


Aldanma dünyada şərə, yalana.

Dadanma zibaya, zərə, talana.

Nadanın haqqını aqil olana

Zalımın haqqını qula ver, getsin


Həyat dodağıma qonur ah kimi,

Bəzən nəğmə kimi, "Çahargah" kimi,

Nə fərqi qul kimi, ya da şah kimi -

Ömür də bir yoldu, yola ver, getsin


Daraldı dostların sırası, sayı,

İndi dualardı qəlbimin payı,

Hafiz, nə edirsən qızıl sarayı

Aldanma bu keyfə, hala, ver, getsin


***


Artıq payız fəslidir,

Yağış, külək, ayaz...

Könlüm dilə gəlir,

deyir yenə yaz...

Günəş yuxuludur, buludlar gümrah.

Darıxır budaqlarda mandarin, nar,

Qəlbimdə həsrətin kədəri var...


***


Əzizinəm dağdadı,

Arandadı, dağdadı.

Bülbül azıb meşədə,

Gülü isə bağdadı.


Əzizinəm, yar olsun,

Heyva olsun, nar olsun.

Dar gündə həyan olan

Köhnə dostlar var olsun.


Əzizinəm, qalasan,

Yaman günə qalasan.

Ötən günə gün çatmaz,

Günü-günə calasan.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar