Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gündən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır

Tarix: 01-10-2019 09:59     Baxış: 3226 A- / A+
Bu gündən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır


Bu gündən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılacaq.

Manevr.az xəbər verir ki, siyahıya alınma oktyabr ayının 1-dən 10-dək davam edəcək.

Hər 300 nəfər əhali üçün bir sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və beş sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib.

Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb.

Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil olunması, proqram təminatı vasitəsilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu, 2020-ci ili əhatə edəcək. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin siyahıya alınması hər 10 ildən bir həyata keçirilir./trend/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar