Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hakim oğlunun ölüm işində dostlar düşmən oldu : qəzanı kim törədib?

Tarix: 13-12-2016 13:22     Baxış: 5362 A- / A+
Hakim oğlunun ölüm işində dostlar düşmən oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən proses şahidlərin ifadəsi ilə davam etdirilib. Məhkəmədə şahid qismində Dövlət Yol Polisinin əməkdaşı Elçin Həsənəliyev ifadə verib.

O, deyib ki, hadisə baş verəndən sonra xidməti maşınla həmin ərazidən keçərkən qəzanı müşahidə ediblər: "Belə qəzalar çox olduğundan saatını dəqiq xatırlamıram. Biz özümüz hadisəni müşahidə etdik. Bu barədə bizə məlumat daxil olmayıb. İlk məqsədimiz xəsarət alan vətəndaşa kömək etmək idi. Bir nəfər yerə uzadılmışdı. Ətrafına xeyli insan toplaşmışdı. Sürücünün, maşında olanların kimliyi barədə maraqlanmadıq. Aidiyyəti üzrə təhvil verib, ərazini tərk etdik. Çünki qəza baş verən yer bizim xidməti ərazimiz deyildi. Ora toplaşanlar arasında qəza zamanı ağır xəsarət alan vətəndaşın anası da var idi".

Digər şahid qismində isə qəzanı törətməkdə təqsirləndirilən şəxsin yaxın dostu Musa Mahmudov ifadə verib. Məhkəmədə artıq onların dostluq münasibətlərinin pozulduğu məlum olub. Belə ki, Rəhim Kərimov və yaxınları qəza baş verən zaman avtomobili Musanın idarə etdiyini deyirlər. Rəhim Kərimovun vəkilləri də şahidə bu istiqamətdə suallar veriblər. Məhkəmə zamanı məlum olub ki, Musa istintaqa ziddiyyətli ifadələr verib. Bu səbəbdən də məhkəmədə onun ifadələri elan olunub.

Musa ilk ifadəsində deyib ki, qəza zamanı avtomobili dostu idarə edib: "Qəza baş verəndə şokda idik. Düşəndə Rəhim dedi ki, qəzanı mən törətdiyimi deyəcəm. Mən də qorxmuşdum. Buna görə də heç kimə qəzanı törətdiyimi demədim".

Musa istintaqa növbəti ifadəsində isə deyib ki, qəzanı özü yox, dostu Rəhim törədib. O, ziddiyyətli ifadələr verməsini məhkəmədə belə izah edib: "Mən vəkil tutandan sonra ifadəmi dəyişdim. Vəkilim yalan ifadə verməməyimi dedi".

Daha sonra vəkillərin və prokurorun suallarını cavablandıran Musa qəzadan sonra evə, qardaşının yanına getdiyini deyib.

Rəhim Kərimovun vəkil ondan qardaşının hadisə yerində ayaqqabısını niyə götürdüyünü soruşub: "Siz evə ayaqqabısız getmisiniz. Sonra qardaşınız niyə ayaqqabınızı gətirməyə getdi?"

Musa Mahmudovun cavabı belə olub: "Yox. Qardaşım ayaqqabını gətirməyə getməmişdi. O, sadəcə xəsarət alan insanla və dostlarımla maraqlanmağa getmişdi. Orada da ayaqqabını görüb, gətirmişdi. Mən maşını Biləcəridən gələndə sürürdüm. Biz mübahisə etmişdik. Çünki Biləcəridə yolu itirmişdik. Şəhərdə isə Rəhim sükan arxasına keçdi".

Məhkəmədə məlum olub ki, Musa ikinci ifadəsində dostunu xilas etməyi düşünüb və qəzanı öz üzərinə götürüb. Lakin vəkillə verdiyi ifadəsində isə qəzanı Rəhimin törətdiyini deyib.

İstintaq zamanı dostlar üzləşdirilib. Üzləşdirmə zamanı Rəhim qəzanı Musanın törətdiyini, Musa isə Rəhimin törətdiyini deyib.

Növbəti məhkəmə prosesi dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, qəza zamanı ölən 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. Onun atası Elbəyi Allahverdiyev Bakı Hərbi Məhkəməsinin hakimidir.

Qəzanı törədən Rəhim Kərimovun atası Y.Kərimov Respublika Klinik Xəstəxanasının baş həkimi olub, o, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin də üzvü olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar