Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səməd Seyidov: Zöhrabyanın bizə qarşı nifrət dolu çıxış etməsi...

Tarix: 01-10-2019 08:16     Baxış: 3195 A- / A+
Səməd Seyidov: Zöhrabyanın bizə qarşı nifrət dolu çıxış etməsi...

Bu gün burada iki erməni nümayəndəsi öz fikirlərini bildirdilər. Halbuki onların söylədiklərinin məruzə ilə bağlı heç bir əlaqəsi yoxdur. Digər tərəfdən Zöhrabyanın məruzəni bir kənara qoyub, bizə qarşı nifrət dolu çıxış etməsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü standartlarına ziddir. O, bizə nifrət edir. Nifrət AŞPA dəyərlərinə ziddir.

Manevr.az xəbər verir ki, bu fikirləri AŞPA-nın payız sessiyasında Büro və Daimi Komitənin hesabatının müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov erməni deputatın çıxışından sonra söyləyib.

“Hamı bilir ki, Azərbaycan insan haqları məsələsi üzrə Avropa Şurası ilə əməkdaşlıq edir. Bu istiqamətdə xeyli müsbət addımlar atılıbdır”, - deyə S. Seyidov diqqətə çatdırıb.

Bildirib ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskie də daxil olmaqla, qurumun 3 nümayəndəsi bu yaxınlarda Azərbaycana səfər etmiş və müsbət fikirlərlə geri qayıdıblar. Onların hər üçü Azərbaycanın insan hüquqlarının təmin edilməsi istiqamətində atdığı addımları alqışlayıblar.

“Vurğulamaq istərdim ki, Azərbaycan tezliklə uşaq hüquqlarının pozulmasına qarşı konvensiyanı ratifikasiya edəcəkdir. İnsan hüquqlarına dair İstanbul Konvensiyasını isə imzalamaq ərəfəsindədir. Sevindirici haldır ki, Azərbaycanın atdığı bütün bu konstruktiv addımlar Avropa Şurasında yüksək qiymətləndirilir”, - deyə S.Seyidov qeyd edib.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar