Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış azərbaycanlının klubunda erməni konserti... - AÇIQLAMA

Tarix: 26-09-2019 19:48     Baxış: 4162 A- / A+
Tanınmış azərbaycanlının klubunda erməni konserti... - AÇIQLAMA

Azərbaycan diasporunun Belarusda tanınmış nümayəndələrindən biri kimi tanınan Baxşı Qəmbərovun Minskdə sahibi olduğu "Mulyen Ruj” klubunda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil etməsi ilə bağlı informasiya araşdırılır.

Bu sözləri axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat İnformasiya və Analitik Təhlil Şöbəsinin müdiri Aqil Əsədov deyib. O, məsələnin araşdırılması üçün Belarusdakı diaspor üzvlərinə müraciət etdiklərini bildirib:

“Adıçəkilən Baxşı Qəmbərovun Diasporla İş üzrə Dövlət Komitəsi ilə hər hansı bir əlaqəsi yoxdur. B.Qəmbərov orada uzun müddətdir ki, Belarusda iş adamı kimi çalışır. İnformasiyanın dəqiqləşdirilməsi üçün Belarusda diaspor fəaliyyəti ilə aktiv məşğul olan jurnalistlərlə əlaqə saxlamışıq. Hələlik bu barədə heç bir informasiya verilməyib”.

Qeyd edək ki, bundan əvvəl "Zerkalo” qəzetinin keçmiş əməkdaşı, Almaniyada yaşayan jurnalist Mövsüm Hacıyev Feysbukda Azərbaycan diasporunun Belarusda tanınmış nümayəndələrindən biri kimi tanınan Baxşı Qəmbərovun Minskdə sahibi olduğu "Mulyen Ruj” klubunda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil etdiyini yazıb. M.Hacıyev bildirib ki, klubda Azərbaycan mahnılarının səsləndirilməsinə də qadağa qoyulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar