Sizin Reklam Burada
Xəbər lenti
12 noyabr
11 noyabr
10 noyabr
BÜTÜN XƏBƏRLƏR

Oktyabr çağırışına hazırlıq işləri yekunlaşır - Dövlət Xidməti

Tarix: 26-09-2019 15:12     Baxış: 349 A- / A+
Oktyabr çağırışına hazırlıq işləri yekunlaşır - Dövlət Xidməti


Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq çağırışa hazırlıq işləri yekunlaşır.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Xidmətin yerli idarə, şöbə və bölmələrində çağırışçıların öyrənilməsi işləri aparılır. Çağırışa cəlb olunan gənclər hərbi həkim komissiyalarında ixtisaslı mütəxəssislər tərəfindən müvafiq təlimata əsasən yoxlanılır, səhhəti ilə bağlı əlavə müayinəyə ehtiyacı olanların ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinəsinin təşkili təmin olunur. Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmətə hazırlıq prosesində böyük həvəslə iştirak edirlər.

Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölünməsindən sonra onların həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunması həyata keçirilib. Sentyabrın 24-də çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılıblar. Eyni zamanda vətəndaşların Xidmətin rəsmi saytının “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsindən xidmət edəcəkləri qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilmələri təmin edilib.

Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcək.\cebhe.info

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar