Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pənah Hüseyn: “Test üsulunun tətbiqi Elçibəyin seçkiqabağı platformasında var idi”

Tarix: 26-09-2019 09:31     Baxış: 3146 A- / A+
Pənah Hüseyn: “Test üsulunun tətbiqi Elçibəyin seçkiqabağı platformasında var idi”

1992-ci ildə müstəqillik əldə edən Azərbaycanda həyata keçirilmiş ən mühüm islahat ali məktəblərə qəbul sahəsində baş tutub. Qəbul prosesində sovet dövründə formalaşmış, kəskin korrupsiyalaşmış mexanizmin tamam yeni və şəffaf sistemlə əvəz olunması ölkənin ən böyük nailiyyətlərindən biridir.

Azərbaycanda test üsulu ilə ilk qəbula rəhbərlik etmiş, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin ilk sədri olan, tanınmış ictimai-siyasi xadim Vurğun Əyyubun vəfatı ilə bağlı bu prosesin başlanma tarixi yenidən gündəmə gətirilib.

Azərbaycanda yüz minlərlə gəncin ali təhsil almaq arzusunu reallığa çevirən test üsulu ilə qəbulun təşkili nə zaman təklif olundu? Proses necə başladı, V.Əyyubun ona rəhbərlik etməsinə qərar hansı amillər nəzərə alınaraq verildi?
Pənah Hüseyn: “Test üsulunun tətbiqi Elçibəyin seçkiqabağı platformasında var idi”

AXC-Müsavat hakimiyyətində baş nazir vəzifəsini tutmuş Pənah Hüseynin sözlərinə görə, ali məktəblərə qəbulda test üsulunun tətbiqi sabiq prezident Əbülfəz Elçibəyin seçkiqabağı platformasında əksini tapıbmış: “Bu məsələ Əbülfəz bəyin seçkiqabağı vədlərindən biri idi. Korrupsiyanın qəbul sistemində kökünün kəsilməsi üçün əsas addımlardan biri olmalıydı. Seçkidən sonra bu vədin reallaşmasına başlandı. Vurğun bəyin Qəbul Komissiyasına rəhbər təyin olunmasının öz səbəbləri vardı. Əvvəla, Pedaqoji İnstitutun müəllimi idi, pedaqoji təcrübəsi vardı.
Pənah Hüseyn: “Test üsulunun tətbiqi Elçibəyin seçkiqabağı platformasında var idi”

Digər tərəfdən isə Xalq Cəbhəsi tərəfindən ilk 50 nəfərlik tələbə heyətinin Türkiyəyə ali təhsil almağa göndərilməsi prosesinə o rəhbərlik etmişdi. İstər sənədlərin qəbulu, istər imtahanların keçirilməsi, istərsə də seçilmiş tələbələrin Türkiyədə yerləşdirilməsinə başçılıq etmişdi. Yəni təcrübəsi də vardı. Prezidentin bu məsələdə mövqeyi qəti idi”.
Pənah Hüseyn: “Test üsulunun tətbiqi Elçibəyin seçkiqabağı platformasında var idi”

Firudin Cəlilov: “Bu işi bu qədər şərəflə bəlkə də yalnız Vurğun bəy icra edə bilərdi”

Sabiq təhsil naziri Firudin Cəlilovun “Yeni Müsavat”a dediyinə görə, o, hələ Ayaz Mütəllibovun dövründə təhsil nazirinin müavini, daha sonra isə baş nazirin təhsil, elm, səhiyyə sahəsi üzrə müavini vəzifəsini tutub: “Prezidentin tapşırığı ilə biz başladıq test üçün qanunverici baza yaratmağa. İlk olaraq bir qrup tələbədən test üsulu ilə imtahan götürüb, Türkiyəyə yola saldıq. Bundan sonra xalqda da inam yarandı ki, test üsulu ilə qəbul ədalətli bir sistemdir. Daha sonra mən vəzifəmdən irəli gələrək, bütün institutlarda qəbul prosesinin dondurulmasına dair sərəncam imzaladım. Başladıq test üsulu ilə imtahana hazırlaşmağa. Qəbul Komissiyasını yaratdıq, əsasnaməsini hazırladıq. Mən Kamran İmanovu gətirdim ora - İnşaat Mühəndisləri İnstitutunda işləyirdi, proqramçı idi, Türkiyədən mütəxəssislər dəvət etdim. Eyni zamanda rəhmətlik Vurğunla Misiri (Mərdanov -red.) göndərdik ki, gedib mexanizmi daha yaxından öyrənsinlər. Qəbul Komissiyası faktiki olaraq mənim kabinetimdə fəaliyyət göstərirdi. Sənədləri hazırladıq, mən rəhmətlik prezident Əbülfəz Elçibəyə təqdim etdim. Komissiyaya rəhbərliyin Vurğuna həvalə olunmasını təklif etdim, bildirdim ki, onu yaxından tanıyıram, prinsipial, həm də mexanizmi bilən adamdır, sizin də komandanın üzvüdür. Bundan sonra məsələ bir qədər gecikdi, Pənaha (Pənah Hüseyn - red.) dedim ki, mən ora başqa adam istəmirəm qoyulsun. Yalnız Vurğun olsa bu prosesi reallaşdıra bilərik. Bundan sonra prezident fərman verdi, rəhmətlik Vurğun nəsə gəlmək istəmirdi, on gün də gəlmədi işə. Çağırıb dilə tutduq, razı saldıq, işə başladı”.

F.Cəlilov bildirir ki, V.Əyyubun komissiya sədri olaraq göstərdiyi qətiyyəti hər adam göstərə bilməzdi: “Bu işi bu qədər şərəflə bəlkə də yalnız o icra edə bilərdi. Belə bir ağır yükün altına girdi və ləyaqətlə, təmizliyini qoruyaraq ən böyük nailiyyətlə daşıdı. Bu, çox ağır, çox məsuliyyətli bir iş idi. Keçmiş sovet məkanında bir ilk idi, heç bir ölkə qəbul prosesindəki korrupsiyanı bu qədər çevik şəkildə aradan qaldıra bilməmişdi. Maraq da böyük idi, çox geniş rezonansa səbəb oldu. Orta Asiyadan belə bu üsulla maraqlanırdılar. Hətta Gürcüstanın o vaxtı rəhbəri Şevardnadze özü bilavasitə maraqlanmışdı ki, buna necə nail ola bildiniz. Bu nailiyyətdə rəhmətlik Vurğun bəyin payı həddindən artıq böyükdür, Allah ona rəhmət eləsin”...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar