Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yazıçı Çərkəz Nəsirli ilə görüş keçirildi- Şəkil

Tarix: 25-09-2019 20:22     Baxış: 2301 A- / A+
Yazıçı Çərkəz Nəsirli ilə görüş keçirildi- Şəkil
Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölmə Zəngilan rayon şöbəsinin təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zəngilan rayon 28 saylı tam orta məktəbdə yazıçı Çərkəz Nəsirli ilə görüş keçirildi.

Manevr.az xəbər verir ki, görüşü giriş sözü ilə açan Əli bəy Azəri tədbir iştirakçılarını salamladı, belə görüşlərin mahiyyətindən danışdı və yazıçı Çərkəz Nəsirlini tədbir iştirakçılarına daha əhatəli tanıtmaq üçün sözü adıçəkilən məktəbin səkkizinci sinif şagirdi Aytən Quluzadəyə verdi. Aytən Quluzadə yüksək intonasiya ilə yazıçının avtobioqrafik məlumatlarını səsləndirdi.

Sonra söz AYB QRB Zəngilan rayon şöbəsinin rəhbəri Mahir Cavadlıya ötürüldü. Natiq çıxış edərək yazıçını təbrik etdi, yeni-yeni yaradıcılıq uğurları arzuladı və şöbənin adından qiymətli hədiyyə ilə mükafatlandırdı.

Tədbirdə zəngilanlı şair Salam Cavadlı da iştirak edirdi. Salam Cavadlı yeganə zəngilanlıdır ki, onun “Gəl, Novruzum, gəl” adlı mənzum pyesi Azərbaycan Dövlət Dram Teatrında yüz dəfədən artıq səhnələşdirilib. Salam Cavadlı gözəl nitq söylədi və yazıçıya uğurlar arzuladı.

Məktəbin dil-ədəbiyyat müəllimi lAybəniz Səmədova yazıçının “Köç gedəndən sonra”, tarix müəllimi Cəmilə Əliyeva isə “Gülnisə xalanın gəlini” povestlərini tədbir iştirakçılarının nəzərinə çatdırdılar, əsərin bədii təhlilindən danışdılar və günümüzlə səslənən əhəmiyyətini vurğuladılar.

Bu arada söz alan yazıçı Çərkəz Nəsirli həmin əsərlərin yaranma tarixindən və mahiyyətindən bəhs etdi, eyni zamanda tədbir iştirakçılarının suallarını cavablandırdı.
Sonra məktəbin şagirdlərindən yeddinci sinif şagirdi Ziya Ağakişiyev “Gülərin taleyi”, on birinci sinif şagirdi Əsmər Mamedova “Qarabağ faciəsi”, onuncu sinif şagirdi Nübar Avdiyeva “Yolun azan cavanlar” və səkkizinci sinif şagirdi Arzu Əliyeva “Sonuncu tramvay sürücüsü” hekayələrindən hissələr səsləndirdilər.

Tədbirdə iştirak edən məktəb direktorunun müavini – hərbi rəhbər Təşkilat Muradov şıxış edərək yazıçını təbrik etdi, ona yeni-yeni yaradıcılıq uğurları arzuladı və belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söhbət açdı.

Çıxış üçün söz alan, uzun müddət yazıçı ilə çiyin-çiyinə musiqi məktəbində çalışan Ülviyyə Hacıyeva ürək sözlərini çatdırdı, haqqında bəhs edilən əsərlərin mahiyyətindən, gənclərin formalaşmasında əhəmiyyətindən danışdı.
Sonda çıxış edən Çərkəz Nəsirli tədbir iştirakçılarına dəyərli vaxtlarını sərf etdiklərinə və onun yaradıcılığına dəyər verdiklərinə görə öz dərin minnətdarlığını bildirdi.
Beləliklə, bir saat yarımdan artıq davam edən tədbir Məmməd Arazın “Azərbaycan” şeirindən bir parçanın hamı tərəfindən və ayaqüstə səslənməsi ilə başa çatdı.
Sonda “HƏR ŞEY AZƏRBAYCAN NAMİNƏ” adı altında xatirə şəkili çəkdirdilər.
(tədbirin lent yazısı iki gündən sonar internetə yerləşdiriləcək)

Manevr.az
Yazıçı Çərkəz Nəsirli ilə görüş keçirildi- Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar