Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il əsərlərinə müəlliflik hüququ alan məşhurların adları açıqlanıb

Tarix: 25-09-2019 17:42     Baxış: 4151 A- / A+
Bu il əsərlərinə müəlliflik hüququ alan məşhurların adları açıqlanıb

Bu il ərzində Azərbaycanda əsərlərinə müəllif hüququ verilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinə müraciət edən tanınmış şəxslərin adları açıqlanıb.

Manevr.az-ın məlumatına görə, agentliyin Mətbuat katibi Elnur Məmmədli report-un sorğusuna cavab olaraq bildirib ki, mütəmadi olaraq müəlliflər və hüquq sahibləri tərəfindən əsərlərin qeydiyyatdan keçirilməsi üçün müraciətlər olunur:

“Bu il ərzində müəllif-hüquq obyektlərinin qeydiyyatı ilə bağlı müraciət edən fiziki şəxslər sırasına bəzi tanınmış müəlliflər də qeydə alınıb. Bu il bəstəkar Eldar Mansurov, bəstəkar Cavanşir Quliyev, bəstəkar Aygün Səmədzadə, ifaçı-bəstəkar Səyyad Əlizadə və bəstəkar-ifaçı Şəmistan Əlizamanlı musiqi əsərlərininin müəlliflik hüququ kimi qeydiyyata alınması ilə bağlı müraciət edib. Eyni zamanda, bu il Xalq artisti Həmidə Ömərova da ssenarisi olduğu ədəbi əsərin müəllif hüququnun qeydiyyatı ilə bağlı Agentliyə müraciət edib”.

E.Məmmədli bildirib ki, müraciət edən tanınmış şəxslər arasında rəssamlar da var:


“Bundan əlavə rəssam Faiq Əhməd təqdim etdiyi dekorativ tətbiqi sənət əsərləri, Xalq rəssamı, rəngkar Qəyyur Yunus təqdim etdiyi rəngkarlıq və qrafika üzrə əsərlərinin, xalçaçı-rəssam Eldar Mikayılzadə təqdim etdiyi dekorativ sənət əsərlərinin, Tahir Əmiraslanov isə kulinariya kitablarının qeydiyyatdan keçirilməsini istəyib”.

E.Məmmədli qeyd edib ki, bütün müraciətlərə Əqli Mülkiyyət Agentliyinin müvafiq şöbələrində baxıldıqdan sonra onların təqdim etdikləri əsərlər müəllif hüququ qismində qeydiyyatdan keçirilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar