Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərpoçt” MMC-nin loqosu ilə vətəndaşların mobil telefonuna saxta mesaj göndərilir

Tarix: 24-09-2019 16:49     Baxış: 3181 A- / A+
“Azərpoçt” MMC-nin loqosu ilə vətəndaşların mobil telefonuna saxta mesaj göndərilir

Son zamanlar “Azərpoçt” MMC-nin loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.

Nəqliyyat, Rabitə və Yüksəl Texnologiylar Nazirliyindən verilən məlumata görə, mesajların mövzusu təxminən belədir: “Təbriklər, Azərpoçt istifadəçiləri. Daxil olduğunuz üçün təşəkkür edirik! Yeni Samsung Galaxy 10 cihazını qazanmaq üçün sizə daha bir şans veririk. Tək edəcəyiniz düzgün hədiyyə qutusunu seçməkdir”.

Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda yazılanlara aldanan vətəndaşların bank kartlarında olan hesablarındakı vəsait mənimsənilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı veb brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub.

Bu halda telefonunuza həmin saytdan arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir. Bundan başqa, qarşınıza çıxan reklam banerində "Əgər 18+ yaşınız varsa, kliklə" mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər "İcazə ver" düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. Bu tip veb saytlar istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.
Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.

Problemin həll olunması üçün “Windows” idarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbəriniz olmadan) proqramları kompüterinizdən təmizləmək, “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları (extension) silmək tələb olunur. Brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmədiyiniz halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (skan edin) və viruslardan təmizləyin.

“Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti məsələ ilə bağlı araşdırmaları davam etdirir.

“Azərpoçt” MMC belə hallarla qarşılaşan vətəndaşların nəzərinə çatdırır ki, mobil telefonlara göndərilən bu cür saxta mesajların quruma heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, istər dövlət, istərsədə özəl qurumlar mütəmadi olaraq belə xoşagəlməz hallarla qarşılaşır. Ona görə də vətəndaşlardan diqqətli olmalarını xahiş edirik.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar